Son 6 ildə: 540 mindən çox insan Rusiyadan deportasiya edilib
11:54 09.02.2018
Arxiv
519
2012-2017-ci illərdə 2 milyondan çox vətəndaş Rusiya qanunvericiliyini pozduğuna görə Rusiyanın hakimiyyət orqanları onların bu ölkəyə gəlişinə qadağa qoyub, 540 mindən çox insan Rusiyadan deportasiya edilib.
Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya məsələləri üzrə Baş idarəsinin rəis müavini Valentina Kazakova bu məlumatları Dövlət Dumasının MDB məsələləri Komitəsinin iclasında səsləndirib.
AZƏRTAC xəbər verir ki, V.Kazakovanın sözlərinə görə, bu illər ərzində 14 milyondan çox əcnəbi vətəndaşın fotoşəkli çəkilib, onlar daktiloskopik müayinədən keçirilib. Bu prosedur əcnəbi vətəndaşların ölkəyə gəlişi zamanı həyata keçirilməlidir ki, məsələn, yol hərəkəti qaydalarını kobud şəkildə pozan insanlar yenidən Rusiyaya gələ bilməsinlər.
V.Kazakova deyib: "Yol hərəkəti qaydalarının və miqrasiya qanunvericiliyinin pozulmasına görə bu kateqoriyaya aid şəxslərin ölkəmizə gəlişinə imkan verilmir. Lakin insanlar özlərinə aid müəyyən məlumatları dəyişdirərək ölkəyə gələ bilərlər. Buna görə də biz deyirik ki, daktiloskopiya proseduru RF-yə gələrkən, yəni sərhəddə həyata keçirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm