Sonra gec olur -Həkimə vaxtında müraciət edilməlidir
08:26 27.09.2018
Arxiv
640
Məşhur ürək cərrahı, millət vəkili Rəşad Mahmudov bildirib ki, Azərbaycanda ölüm halları və əlilliyin böyük hissəsi ürək-damar xəstəliklərindən baş verir.
Deputatın sözlərinə görə, təkcə Azərbaycanda deyil, bütün dünyada ürək-damar xəstəlikləri ölümə səbəb olma baxımından birinci sıradadır. Cərrah Azərbaycanda ürək-damar xəstəlikləri ilə bağlı xüsusi proqramın yaradılması təklifini də irəli sürüb: "Kəskin ürək-damar xəstəlikləri böyük bir populiyasiyanın problemidir. Və ciddi maliyyə dəstəyinə ehtiyac var.
Gecələr təcili tibbi yardımların çağırıldığı statistikalara baxdığımız zaman ən çox problem yaradan hadisələr kəskin infarktlardır. Azərbaycanda kəskin infarktların müalicəsinin aparılması üçün yetəri qədər hüquqi baza var.
Xüsusi bir proqramla bu problemin həlli səhiyyə büdcəsi içərisində bəlkə də 1 faizin altında maliyyə gücü ilə bütün ölkədə olan təcili vəziyyətlərin həlli istiqamətində bizə böyük imkanlar verəcək”.
Təklif olunan proqramla bağlı "Şərq”ə danışan həkimlər deputatın fikirləri ilə razılaşdığını bildirdilər. Ümumi və transplant cərrah Bəhruz Səlimovun fikrincə, ürək-damar xəstəlikləri ilə bağlı xüsusi proqram hazırlanarsa, insanların vaxtında tibbi müayinələrdən keçməsi halları çoxala bilər:
"Belə bir proqamın hazırlanması ilə ürək-damar xəstəliklərinin sayında azalma müşahidə edə bilərik. Hər bir işin başlanğıcı olduğu kimi, bu işdə də başlanğıc olmalıdır. Proqram hazırlanarsa, insanlar maarfilənəcəklər, həmçinin xarici həkimlərin xəstəliklə bağlı fərqli yanaşmaları olacaq. Hazırda Azərbaycan səhiyyəsində icra olunmayan əməliyyat yoxdur.
Bu gün əksər xəstəliklər zamanı ölüm hallarının baş verməsinin əsas səbəbi odur ki, insanlar zamanında həkimə müraciət etmirlər. Bu isə xoşagəlməz hallarla nəticələnir. Amma proqram hazırlanacağı təqdirdə, insanlar kifayət qədər məlumatlı olacaqlar və məsuliyyət hiss edəcəklər”.
Statistik göstəricilərə baxanda ürək-damar xəstəliklərinin sayının artdığını deyən həkim-allerqoloq Şahvələd Məmmədov həmçinin bildirib ki, bu gün ürək-damar xəstəlikləri cavanlaşıb:
"Əvvəllər deyirdilər ki, 45-50 yaşdan sonra, indi isə 30-35 yaşdan sonra ürək-damar xəstəlikləri ilə bağlı müayinələrdən keçmək lazımdır. Rəşad bəyin təklifi dəstəklənməlidir. Çünki proqramın hazırlanması ilə insanlarımız tibbi sığortadan istifadə edərək əlavə xərcləri də ödəməkdən azad olacaqlar. Beləliklə tez bir zamanda ürək-damar əməliyyatları və digər prosedur müayinələrin əksəriyyəti vətəndaşlar üçün rahat olacaq”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm