SOS: Dünyada 5 insandan biri pis qidalanma səbəbindən ölür – İldə 11 milyon insan...




Dünyada 5 insandan biri pis qidalanma səbəbindən ölür.

«Sherg.az» « lemonde.fr »ə istinadən xəbər verir ki, 195 ölkədə insanların qidalanma rejimi pozulub.

Yazıda qeyd olunur ki, 2017-ci ildə pis qidalanma səbəbində 11 milyon adam vəfat edib ki, bu da tütün səbəbindən ölənlərin sayından çoxdur.Hər il tütün səbəbindən həyatını itirənlərin sayı 8 milyon olub.


Bu nəticələr 130 tədqiqatçının "Global Burden of Disease” təşkilatının layihəsi əsasında apardıqları araşdırmanın nəticəsidir. Tədqiqatçılar bu barədə həyəcan təbili çalıblar.

Tərcümə etdi:Ayyət Əhməd