"Sosial evlərin qiyməti mənzil bazarındakı qiymətlərdən 25-30 faiz ucuzdur "




Azərbaycanda güzəştli mənzil konsepsiyası ortaya qoyulduqdan sonra ev almağa gücü çatmayan bir çox insanlarda mənzillə təmin olunacağına dair ümid yarandı. Mənzil İnşaat Dövlət Agentliyinin sosial mənzillərin satışı ilə bağlı keçirdiyi hərracda yaşananlar Azərbaycanda güzəştli mənzil əldə etmək istəyən yüzlərlə vətəndaşın ümidlərini boşa çıxartdı.

Səbəb isə elektron hökumət portalında yaranan problem və vətəndaşların bu sistemə çıxış imkanında məhrum olması olub. Prosesdə min nəfərdən çox vətəndaş zərər çəkib. Həmin vətəndaşlar satış başa çatdıqdan sonra adıçəkilən qurumun qarşısında toplaşaraq etirazlarını səsləndiriblər.
MİDA qarşısında etiraz aksiyası keçirən bir qrup insan sosial mənzlillərin verilməsi layihəsində aldadıldıqlarını iddia ediblər. Belə ki, elektron mənzillərin satışa çıxarıldığı e-gov.az saytı son 3 gündə işləməyib.

260 mənzil 1600 nəfərə satılıb. 1325 nəfərə isə mənzil alması barədə sistem tərəfindən xəbərdarlıq edilib. Mayın 8-də bu bildirişə təsdiq cavabı gözləyən insanlara ASAN xidmətdən texniki nasazlıq olduğu lakin, ərizələrin təsdiqlənəcəyi bildirilib. Əslində isə son məqamda 260 evin satıldığı məlum olub. Sistemin xətaları ucbatından elektron müraciət edə bilməyən 7000 nəfər özünü aldanmış hesab edir. Vətəndaşlar hesab edir ki, bu böyüklükdə maraq cəlb etmiş bir layihənin texniki nasazlıq səbəbi ilə insanların narazılığına səbəb olması yolverilməzdir.

Bəs, necə olur ki, milyonlarla dollara başa gələn dövlət saytı - elektron hökumət portalı, mənzil satışı günü çökür?

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov isə apardıqları araşdırmalara əsasən deyib ki, sosial evlərin qiymətləri mənzil bazarındakı adi qiymətlərdən 25-30 % ucuzdur. Bu qədər qiymət fərqi və həmin mənzilləri almaq üçün uzun müddətə ipoteka kreditlərinin verilməsi ilkin mərhəllədə onlara bu qədər böyük təlabat yaradıb:

 "Hesab edirəm ki, belə mənzillərin tikilməsi son nəticədə mənzil bazarındakı qiymətlərin aşağı düşməsinə səbəb olacaqdır. Aztəminatlı ailələrə bu yolla mənzil almaq imkanının yaradılması tədqirəlayiq bir haldır. Bu dövlətin həmən təbəqədən olan vətəndaşlara qayğısı deməkdir. Mənzillərin ilk dəfə satışı zamanı yaranan bəzi anlaşılmazlıqlar isə təbi bir haldır. Hər ilk işdə öncədən müəyyən edilə bilməyən çətinliklərin ortaya çıxması mümkündür. Fikrimcə, növbəti mərhəllədə bu çətinliklər təkrar olunmayacaq”.

Şəymən