Ötən gün Bakı Atatürk liseyinin "Tarix Klubu”nda "Sovet işğalı mühacirət mətbuatında” mövzusuna həsr olunmuş tədbir keçirilib. Tədbiri Bakı Atatürk liseyinin tarix müəllimləri Elmar Həsənli, Müşfiq Əlizadə və Anar Əli təşkil ediblər.
"Sherg.az" xəbər verir ki, tədbirə dövrün tədqiqi ilə məşğul olan tarixçi-alimlər, araşdırmaçı jurnalistlər və liseyin tələbələri qatılıblar. Təşkilatçılar və qonaqlar belə bir imkanı yaratdığı üçün liseyin rəhbəri Hüseyin Dəmirələ təşəkkürlərini bildiriblər.



