Soydaşlarımızın çoxu prosedurdan xəbərsizdir
08:38 02.03.2018
Arxiv
657
Gürcüstanda əfv olunanlar arasında daha çox azərbaycanlılar ola bilərdi
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin fərmanı ilə 116 nəfər məhbus əfv olunub. Əfv olunanlardan biri də Azərbaycan Respublikasının vətəndaşıdır.
Gürcüstanın Əfv məsələləri üzrə Dövlət Komissiyasının sədri Zviad Koridze açıqlamasında bildirib ki, fevralın 19-dan 26-dək olan müddətdə ümumilikdə 858 məhbusun müraciətinə baxılıb. 43 nəfərin cəzalarının çəkilməmiş hissəsi xeyli azaldılıb.
Onların sırasında qadınlar da var. Komissiyada baxılan müraciətlər arasında Azərbaycan vətəndaşlarının da sənədləri olub. Ancaq hesab edilir ki, həbsdən azad edilən soydaşlarımız daha çox ola bilərdi. Çünki həbsxanada yatan azərbaycanlılar arasında "siyasi məhbus” və ya qatı cinayət törətmiş şəxslər demək olar ki, yoxdur.
Məsələni "Şərq”ə dəyərləndirən Gürcüstanda yaşayan soydaşımız, "Qeyrət” Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov da Komissiyanın tərtib etdiyi siyahıdan narazı olanlar arasındadır:
"Həbsxanada olan azərbaycanlılar arasında siyasi məhbus yoxdur. Məncə, əfv olunanlar arasında daha çox azərbaycanlı ola bilərdi. Lakin problem ondadır ki, bizimkilər Əfv Komissiyasına çox az müraciət edirlər. Çünki informasiya boşluğu var, əhali prosedurlardan xəbərsizdir. Azərbaycanlıların əfvə düşməsini istəyiriksə, müraciətləri çoxaltmalıyıq. Təəssüflər olsun ki, çoxları Prezidentin əfv fərmanından məlumatsızdır. Fikrimcə, azərbaycanlıların bilərəkdən bu siyahıya salınmaması da mümkündür. Bu faktı da istisna etmirəm”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət
26 yaşlı gənc bu universitetdə dekan müavini təyin olundu
10:43 17.09.2026
Elm və Təhsil
Azərbaycan əhalisinin sayı açıqlandı
10:30 17.09.2026
Cəmiyyət