Spikerdən Fransa Senatının sədrinə CAVAB
18:19 24.04.2021
Arxiv
479
Milli Məclisinin Sədri Sahibə Qafarova Fransa Senatının sədri Jerar Larşenin bu günlərdə Ermənistanda verdiyi qərəzli və birtərəfli açıqlamalarına kəskin reaksiya verib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Sahibə Qafarova bildirib ki, fransalı spiker tərəfindən səsləndirilən bəyanatlar onun ölkəsinin Minsk qrupu həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə qətiyyən uzlaşmır:
“Senatın sədri öz açıqlamalarında bir tərəfdən Minsk qrupunun fəaliyyətinin yenidən canlandırılmasına, onun işinə yeni impuls verilməsinə çağırış edir, digər tərəfdən isə açıq ermənipərəst və anti-Azərbaycan, anti-Türkiyə mövqe nümayiş etdirir. Senat sədrinin Yerevanda təşkil edilmiş bir sərgidə gördüklərindən yola çıxaraq, Türkiyədə və “artsax”da “erməni mədəniyyətinin izləri”nin silinməsindən bəhs etməsi, sadə dillə desək, siyasi ciddiyyətdən uzaqdır”.
Sahibə Qafarova xüsusilə vurğulayıb ki, əgər Fransa Senatının sədri həqiqətən tərəfsiz və ədalətli olmaq niyyəti güdmüş olsa idi, səfərini təkcə Ermənistana deyil, regiona edər, Azərbaycana da rəsmi səfərə gələrdi, işğaldan yenicə azad olunmuş ərazilərimizdə 30 il ərzində Ermənistan tərəfindən törədilmiş vandalizm və barbarlığı, bu gün “Qafqazın Xiroşiması” adlandırılan Ağdam şəhərini öz gözləri ilə görmüş olardı: “Belə bir səfər Senat sədrinə həm də ölkəmizdə digər xalqların dininə, mədəniyyətinə, tarixinə göstərilən hörmətin şahidi olmaq imkanı verərdi. Hər şeydən əvvəl, elə məhz erməni xalqının dininə və mədəniyyətinə göstərilən hörməti, Bakının mərkəzində hələ də mövcud olan erməni kilsəsini görərdi.
Bu isə ona 30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərində olan dini və mədəni abidələrin yerlə yeksan edilməsi, məscidlərimizdə inək və donuz saxlanılması ilə müqayisələr aparmaq imkanı verərdi. Lakin təəssüf edirəm ki, fransalı həmkarım belə bir addım atmaq yerinə, qərəzli və birtərəfli mövqe tutmağa üstünlük vermişdir”.
Spiker həmçinin Azərbaycan tərəfindən saxlanıldığı iddia olunan erməni əsilli hərbi əsirlər məsələsinə dair Senat sədrinin fikirlərini də şərh edib: “Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, 10 noyabr Bəyanatından sonra Azərbaycan ərazisinə göndərilmiş diversant qrupunun üzvləri hərbi əsir deyil və bu cür dəyərləndirilə bilməz. Bu, ancaq bizim dediyimiz bir şey deyildir, beynəlxalq hüquq da sözügedən məsələni məhz bu cür tövsif edir. Buna görə də, Fransa Senatının sədri tərəfindən bu konteksdə Azərbaycana qarşı səsləndirilən ittihamları qəbul etmir, əvəzində cənab Larşenin bu gün də mülki əhalinin və hərbiçilərin həyatlarına son qoyan, sağlamlıqlarını itirməsinə səbəb olan minalanmış ərazilər məsələsinə diqqət yetirməyə çağırırıq. Yaxşı olardı ki, Senat sədri Fransanın Minsk qrupu həmsədri olması prizmasından çıxış edərək, Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməyə məcbur edə idi. Bununla da dünya birliyinin Ermənistana bu istiqamətdə verdiyi çağırışlara dəstək vermiş olardı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail 70 fələstinlini saxladı - Səbəb
20:27 25.07.2026
Dünya
Tramp ermənipərəst senatoru rüsvay etdi - Əlisahib Hüseynov
20:19 25.07.2026
Siyasət
Üz estetikası etdirən Didem Ceran təhdid olunur
20:01 25.07.2026
Şou
Ermənistan Baş Qərargah rəisi hərbi hissələrə səfərlərə başlayıb
19:37 25.07.2026
Region
Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA
19:30 25.07.2026
Hadisə
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə