Su polisi elektriklə qanunsuz balıq ovlayanları yaxaladı
10:30 10.04.2019
Arxiv
617
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları elektrik enerjisi ilə balıq ovlayan şəxslərə qarşı mübarizəni davam etdirir.
Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinsən "Sherg.az"a verilən məlumata görə, idarə əməkdaşlarının keçirdikləri növbəti uğurlu tədbir zamanı kustar üsulla, yəni gərginlik artıran cihazla qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.
Ekoloji cinayətlərə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilən əməliyyat nəticəsində Qazax rayonunun 1-ci Şıxlı kəndi istiqamətində Kür çayının "Qarayazı” Dövlət Təbiət Qoruğunun ərazisindən keçən hissəsində Ağstafa rayon sakini Yusifov Məmməd Şəkər oğlu brakonyerliklə məşğul olduğu üçün Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsinin (XPM) əməkdaşları tərəfindən tutulub. Yoxlama zamanı ondan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd akkumlyator, 1 ədəd "domça” adlandırılan balıqovlama vasitəsi, ümumi çəkisi 6 kiloqram olan 37 ədəd xramulya balığı və digər əşyalar götürülərək su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb. Məmməd Yusifov tutduğu əməldən peşman olduğunu bildirib. Onunla aparılan profilaktiki söhbətlər zamanı balıq ovu ilə məşğul olmağın qanuni yolları izah edilib.
Gücləndirilmiş iş rejimində işləyən Su Nəqliyyatında Polis İdarəsi, eləcə də, dənizdə olan reydlərini davam etdirir və dənizdə baş verən qanunsuz, sənədsiz, çirkli suların axıdılması və qanunsuz körpü salanlarla mübarizə aparır. Qeyd olunan çirkli su axıdılması faktı Bibiheybət qəsəbəsi, Zığ-2 körpüsündə qeydə alınıb və bununla bağlı Su Nəqliyyatında Polis İdarəsi tərəfindən müvafiq ölçü götürülüb.
Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq xidməti ərazilərdə regional reydlər keçirilir. Bununla da balıqları antisanitariya şəraitində hisə verərərək insanların sağlamlığını təhlükə altında qoyan, əhalini zəhərləyən, həmçinin orqanizmdə ciddi fəsadların yaranmasına səbəb olan elektrik avadanlıqları ilə tutulan balıqları və adı "Qırmızı” kitaba düşmüş quşları ovlayan şəxslər müəyyən edilərək qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılır. Dəfələrlə Su Polisinin əməkdaşları bu əməlləri törədən şəxslərlə profilaktik və maarifləndirici söhbətlər apararaq onlara belə halların yolverilməz olduğu izah edilib.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Zığ-2 körpüsündə, Bibiheybət, Ağstafa, Mingəçevir, Şəmkir və digər xidməti ərazilərdə elektrik avadanlıqları və digər ləvazimatlarla qanunsuz balıq tutan və adı "Qırmızı” kitaba düşən quşları ovlayan şəxslərə qarşı bundan sonra da qanunla nəzərdə tutulan formada ciddi şəkildə mübarizə aparılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya