Sumqayıtda bıçaqlanma: Ailə münaqişəsi qanla bitdi

Qısqanclıq daha bir ailənin dağılmasına səbəb oldu



 Sumqayıtda 44 yaşlı qadın bıçaqlanıb. "Report"un məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayonunda baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1975-ci il Babayeva Tahirə Səxavət qızı yaşadığı evdə əri tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.