"Hər bir iqtisadçının öz tədqiqat metodu var. Hər bir halda milli valyutanın məzənnəsinə ilk növbədə idxal-ixrac əməliyyatlarının balansı təsir edəcək. Ancaq Maliyyə Naziri cənab Samir Şərifovun çıxışını panika kimi qəbul etməyə dəyməz".
Bunu "Sherg.az" iqtisadçi-ekspert Fuad İbrahimov bəzi ekspertlərin ötən illərdə olduğu kimi bu il də süni maliyyə gərginlyi yaradacaq şərhlər verməsinə münasibət bildirərkən deyib. İqtisadçı qeyd edib ki, nazir sadəcə olaraq milli valyutanın ucuzlaşmasını ixrac potensialının artması və yerli istehsalın stimullaşdırılması kimi ifadə edib:
"Bu da öz növbəsində institutsional səviyyədə düz ifadədir. Burada heç bir panika yaradılacaq anlayış yoxdur. Sadəcə olaraq, onu da diqqətə çatdırmaq lazımdır ki, milli valyutanın ucuzlaşması yalnız makroiqtisadi səviyyədə tam tarazlıq olduğu halda keçirilsə, yuxarıda qeyd etdiyimiz nailiyyətləri tam arxayın əldə etmiş olarıq. Ancaq idxal amilindən asılı olan halda bu qiymət (istehsal və qeyri -istehsal, arzaq və qeyri ərzaq) bahalaşmasına gətirib çıxarır, əsasən də istehlak olunan ərzaq məhsullarının qiymətinə təsir göstərmiş olur.
Bu da öz növbəsində vətəndaşların istehlak səbətini məhdudlaşdırır. Eyni zamanda hazırki vəziyyətdə dünya bazarlarında neftin qiymətinin aşağı trendi proqnozlaşdırılmır. "Qara qızıl"ın qiymətinin müəyyən 65-70$ dəhlizində üfüqi dalğalanacağı gözlənilir. 2019-cu ilin büdcəsində neftin qiyməti 2018-ci ildə ki, səviyyə ilə götülsəydi risklərin tamamilə minimumlaşdırılması təmin edilərdi. Hazırkı vəziyyətdə müəyyən risk səviyyəsi olsa da, panikaya ehtiyac yoxdur və kəskin devalvasiya olmayacaq. Bu mənada hesab edirəm ki, süni maliyyə gərginlyi yaradacaq şərhlər verməyə ehtiyac yoxdur".
Ekspert onu da əlavə edib ki, manatın indiki məzənnəsi 5-8 qəpik +/- səviyyəsi makroiqtisadi tarazlıq tam bərqarar olduğu halda ən optimal səviyyə kimi qəbul oluna bilər:
"Ancaq bəzi həmkarlarım hesablamalarında xətalara yol verirlər və çıxışlarında süni gərginlik yaradırlar. Bu isə öz növbəsində işgüzar və biznes mühitində arzuolunmaz vəziyyət yaradır".
Qeyd edək ki, maliyyə naziri Samir Şərifov qeyd edib ki, milli valyutanın, yəni manatın son dərəcə möhkəmlənməsi Azərbaycan üçün faydalı deyil. "Güclü manat Azərbaycan istehsalçılarının ixrac potensialına mənfi təsir edir
Ayyət Əhməd