Suriya: İdlibdə 28 nəfər həlak oldu






Dünən, Suriyanın şimal-qərbində yerləşən İdlib şəhərində üsyançıların hücumu nəticəsində ən azı 28 nəfər həlak olub. 

"Sherg.az" "Le figaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Hüquqları üzrə Müşahidəçi təşkilatından bildirilib. Məlumata görə, partlayıcı maddələr yerləşdirilmiş avtomaşın partladılıb. 

Ölənlərdən 5 nəfər mülki vətəndaş olub, 10-u döyüşçü, 8-nin İŞİD üzvü olması ehtimal olunur, 5 nəfərin isə kimliyi hələ müəyyənləşməyib. 

Partlayışı "Əl- Qaidə" nin keçmiş qollarından birinin təşkil etdiyi ehtimal edilir. 

Tərcümə etdi: Ayyət ƏHMƏD