Suriyada İŞİD-ə məxsus mərkəz bombardman edildi





İraq hava qoşunları baş nazir Heydər Əl - Abadinin əmri ilə Suriyada İŞİD-in lojistik dəstəkçisini və bu terror təşkilatına məxsus mərkəzi bombardman edib.

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə İraq televiziya kanalları məlumat yayıb. 

Xəbərdə qeyd olunub ki, Heydər Əl - Abadi ötən ay vəd verib ki, əgər İŞİD İraq üçün yeni təhlükə yaradarsa,bütün lazımi ölçülər götürüləcək.Hazırkı bombardman isə həmin tədbirlərin bir hissəsidir. 

Tərcümə etdi: Ayyət ƏHMƏD