Suriyada son 6 ildə 331 min 765 nəfər qətlə yetirilib - HESABAT




Suriyada 2011-ci ildən etibarən başlayan müharibə nəticəsində ümumilikdə 331 min 765 nəfər dünyasını dəyişib. 

Sherg.az "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın insan hüquqlarının qorunmasına dair təşkilatı olan "OSDH" hesabat açıqlayıb. Məlumatda qeyd olunur ki, qətlə yetirilən 331 min 765 nəfərdən 99 min 617 -i mülki vətəndaşdır. Onlarda isə 18 min 243 uşaq, 11 min 427 -i isə qadınlardır. 

Eyni zamanda təşkilatın açıqlamasında vurğulanır ki, Suriya rejimini dəstəkləyən qüvvələrdən 116 min 774 nəfər öldürülüb. onlardan 61 min 808 -i suriyalı əsgər, 1480-i isə Livandan gələn "Hizbullah" təşkilatının üzvləri olub. 

Bundan başqa, Vaşinqton tərəfindən dəstəklənən ərəb-kürd qüvələrindən isə 57 min nəfər öldürülüb. 

Əl-Qaidənin keçmiş qolu olan, sonradan İŞİD -in tərkibində döyüşənlərdən və digər silahlı qruplaşmalardan qoşulanlardan isə 58 mini qətlə yetirilib. 

Qeyd edək ki, 2011-ci ilin martından etibarən Suriyada müharibə başlayıb. Məqsəd isə orada hazırda hakimiyyətdə olan Bəşşar Əsədin devrilməsinə nail olmaq olub. Bu müharibə kütləvi dağıntılara və çoxsaylı insanın ölkəsindən didərgin düşməsinə gətirib çıxarıb.

Tərcümə etdi : Ayyət ƏHMƏD