“Şuşa bəyannaməsi” ilə Qars müqaviləsinin oxşarlığı: “Azərbaycanın ərazi bütövlüyünə təminat verilir”
Banuçiçək Kalbalıyeva
12:41 16.06.2021
Arxiv
608
Dünən “Şuşa bəyannəməsi” imzalanarkən dövlət başçısı İlham Əliyev bu sənədin tarixi Qars müqaviləsinə istinad etdiyini bildirdi:
“Tarixi Qars müqaviləsi yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.
BDU-nun Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublu hər iki müqavilənin məzmunundakı oxşarlıq barədə “Sherg.az”a danışdı:
“Azərbaycanın Türkiyə ilə əlaqələri 1918-ci ildən başlayır. İyunun 4-də tərəflər arasında imzalanan Batum müqaviləsinə görə Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam ordusu Azərbaycana gəldi. Beləliklə, torpaqlarımızın ərazi bütövlüyü təmin olundu və Türkiyə ərazimizin bütövlüyünün təminatçısı rolunda çıxış etməyə başladı. Ardınca imzalanan Qars müqaviləsi isə bir növ bu sənədin davamı idi. Şərtlərə görə, Osmanlı dövləti Naxçıvana nəzarət edirdi. Həmçinin Ermənistann Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına hüquqi baxımdan son qoyulurdu. Növbəti bir müddəaya görə isə Qars, Ərdahan və Arazboyu digər torpaqlar Türkiyənin nəzarətinə keçirdi”.
Professor, həmçinin “Şuşa bəyanannaməsi”nin əhəmiyyətindən danışdı: “Bu müqavilə çox mühüm əhəmiyyətə malikdir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyünə təminat verilir. Silahlı qüvvələrimiz müasirləşir, komplektləşdirilir. Fikrimcə, “Şuşa bəyannaməsi” Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyi baxımından son otuz ilin ən mühüm sənədidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Yaxın Şərqdə geniş atəşkəs çağırışı edib
23:40 18.06.2026
Gündəm
Bakı–Naxçıvan reysləri ləğv edilib
23:18 18.06.2026
İnfrastruktur
Xamenei əvvəlcə ABŞ ilə danışıqların əleyhinə olduğunu açıqlayıb
22:57 18.06.2026
Dünya
Neymar Haiti ilə oyunu buraxacaq
22:36 18.06.2026
Futbol
Putinin köməkçisi: Türkiyə platforma təmin etməyə hazırdır!
22:20 18.06.2026
Aktual
ABŞ İranın raket gücünü məhdudlaşdırmaq istəyir
21:30 18.06.2026
Dünya
Vens: ABŞ İranla razılaşmadan sonra hərbi qüvvələri geri çəkəcək
20:47 18.06.2026
Dünya
Pezeşkian Qətər Əmirinə təşəkkür edib
20:22 18.06.2026
Gündəm
ABŞ İranla bağlı dəniz blokadasını faktiki olaraq ləğv edib
20:11 18.06.2026
Gündəm
İrandan Ermənistanla bağlı sərt açıqlama yayıldı
20:00 18.06.2026
Region
Netanyahu: İsrail qoşunları hələlik Cənubi Livandan çıxmayacaq
19:50 18.06.2026
Dünya
Sosial media, yoxsa valideyn nəzarəti?
19:34 18.06.2026
Texnologiya
Şahbaz Şərifin İsveçrə səfəri ləğv edildi
19:20 18.06.2026
Dünya
Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilir
19:13 18.06.2026
Gündəm
Ukrayna ilə bağlı danışıqların vaxtıdır - Vadeful
18:18 18.06.2026
Dünya