Şuşada küçələrdən birinə Albert Aqarunovun adı verilsin - Dağ yəhudilərinin TƏKLİFİ
12:50 18.11.2020
Arxiv
474
Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun (STMEGİ) prezidenti, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti German Zaxaryayev özünün “Facebook” səhifəsində erməni işğalından azad olunmuş Şuşada tankçı, Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi təşəbbüsü ilə çıxış edib.
APA Azərtaca istinadən xəbər verir ki, German Zaxaryayevin sözlərinə görə, qəhrəmanların şərəfinə küçələrin adlandırılması yüzilliklər bundan əvvəl yaranan ənənədir. O yazır: “Bu ənənə sayəsində xalqın qəhrəman oğul və qızlarının adları həmişə dillər də olub, onların xatirəsi yaşayır, gənc nəslin nümayəndələri də onların adını çəkir.
Bu gün biz bütün Azərbaycan xalqı ilə birgə onun qələbəsinə, əzəli torpaqlarının geri qaytarılmasına sevinirik. Lakin bununla belə, 30 ilə yaxın davam edən münaqişənin bütün tarixini unutmamalıyıq”.
German Zaxaryayev qeyd edir ki, XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycanın bütün sakinləri, o cümlədən yəhudilər Vətənin müdafiəsinə qalxdılar. STMEGİ fondunun rəhbəri yazır: “Tankçı Albert Aqarunov Qarabağ xanlığının incisi, yalnız indi qanuni sahiblərinə qayıdan Şuşa yaxınlığında gedən döyüşlərdə həlak olub. Fikrimcə, bu şəhərin küçələrindən birinə Albert Aqarunovun adı verilsəydi, bu, ədalətli addım olar, xalq öz qəhrəmanının daim xatırlayar”.
Zaxaryayev yazır: “Mən belə bir təşəbbüslə Azərbaycanın rəhbərliyinə müraciət etmək niyyətindəyəm. Ümidvaram ki, bu təşəbbüs dəstəklənəcək”.
Xatırladaq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi igidliyə və şücaətə, dinc sakinlərin təhlükəsizliyinin təminatına görə Albert Aqarunova 1992-ci il iyunun 7-də Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib. O, Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
O vaxt Albert Aqarunovun Milli Qəhrəman medalını Azərbaycan Prezidenti Heydər Əliyev Albertin bacısı Sofya Məmmədovaya təqdim edib.
Albert Aqarunovun məzunu olduğu Bakı şəhəri 154 nömrəli orta məktəb onun adını daşıyır. Məktəbin binasının qarşısında qəhrəmanın büstü qoyulub. Məktəbdə açılan A.Aqarunov mini-memorialı önünə daim tər çiçəklər düzülür, büstü qarşısında məktəb tədbirləri keçirilir.
Quba rayonunda yerləşən Qırmızı qəsəbədə Albert Aqarunovun şərəfinə adlandırılan küçədəki binalardan birinin divarına Milli Qəhrəmanın xatirə lövhəsi vurulub. 2017-ci ildə Bakının Əmircan qəsəbəsində A.Aqarunovun vaxtilə yaşadığı evin divarına xatirə lövhəsi vurulub.
2019-cu il noyabrın 15-də Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin təntənəli açılış mərasimi olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrəvanda ABŞ səfirliyinin qarşısında avtomobil partlayıb
01:30 20.02.2026
Dünya
İsrail Suriyanın cənubunu atəşə tutdu
01:03 20.02.2026
Dünya
Danimarka İrana məxsus gəmini saxladı
00:39 20.02.2026
Dünya
BMT ABŞ və İranı dialoqu davam etdirməyə çağırıb
23:59 19.02.2026
Dünya
Türkiyə Qəzzaya heyət göndərməyə hazırdır - Fidan
23:44 19.02.2026
Gündəm
Tramp Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
23:23 19.02.2026
Dünya
Makron Ermənistana gəlir - Təcili
22:09 19.02.2026
Dünya
ABŞ “Sülh Şurası”na 10 milyard dollar ayıracaq
21:30 19.02.2026
Dünya
Stiv Uitkoff Türkiyəyə belə təşəkkür etdi
21:18 19.02.2026
Dünya
Kənan MM Orxan Saffarinin valideynlərindən üzr istədi
21:07 19.02.2026
Cəmiyyət
Tramp: Bizə bəzi ölkələr lazım deyil, çünki onlar baş ağrısıdırlar
20:54 19.02.2026
Dünya
Çətin mərhələ başladı:Sınaqlardan qaça bilməyəcək BÜRCLƏR
20:36 19.02.2026
Maraqlı
“Cənubi Qafqaz Rusiyanın əlindən çıxır” - ANALİTİK
20:30 19.02.2026
Gündəm
“8 müharibəni bitirdik, 9-cusu yoldadır” - Tramp
20:25 19.02.2026
Gündəm
Tramp: İranla mənalı bir razılaşma əldə etməliyik, əks halda...
19:50 19.02.2026
Dünya