Taksi sürücüləri arasında müştəri üstündə dava düşdü: 1 yaralı




Şamaxı rayonunda taksi sürücüləri müştəri götürmək üstündə dava edib, 1 nəfər bıçaqlanıb.


"Sherg.az"ın "report”a istinadən xəbərinə görə, hadisə şəhər ərazisində yerləşən Avtovağzalda baş verib.


Belə ki, Şamaxıdan Bakıya müştəri aparmaq üçün taksi fəaliyyəti ilə məşğul olan rayonun Şəhriyar qəsəbəsinin sakini, 1977-ci il təvəllüdlü Marid Məzahir oğlu Salahov digər taksi sürücüsü ilə müştəri götürmək üstündə mübahisə edib. Nəticədə taksi sürücüsü M.Salahovu bıçaqlayıb.


Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırmalara başlanılıb.