Tanınmış jurnalist Aleksandr İvanov dəfn olunub




Tanınmış jurnalist, "İnterfaks-Azərbaycan” agentliyinin baş direktoru Aleksandr İvanov dekabrın 23-də son mənzilə yola salınıb.

"Sherg.az"ın AzərTAc-a istinadən verdiyi məlumata görə, vida mərasimində rəsmi şəxslər, deputatlar, jurnalistlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə Aleksandr İvanovun xidmətlərindən, onun jurnalistika sahəsindəki fəaliyyətindən danışılıb.

Mərhum Yasamal qəbiristanlığında dəfn edilib.