Sherg.az xəbər verir ki, bu barədə öz "Facebook" səhifəsində, tanınmış əməkdar jurnalist, ehtiyatda olan polkovnik - leytenant İbrahim Rüstəmli yazıb. O fikirlərinə sadəcə bir münasibət kimi yanaşmağı rica edib:
Tanınmış jurnalist Qənirə Paşayevadan yazdı
20:35 04.07.2017
Arxiv
1246
"Milli Məclisin deputatları arasında hamıdan çox xalqın yanında gördüyüm millət vəkilidir o. Daim Şəhid məzarlarının başı üstündə ürək ağrısı ilə dayanıb Şəhid analarını bağrına basan, Şəhid xanımlarına təsəlli verən, Şəhid balalarına qayğı göstərən, müharibə veteranlarına, müharibə əlillərinə səmimi bir diqqət və ehtiramla yanaşan, Azərbaycan əsgərinə öz qardaşı, öz övladı kimi baxan Qənirə PAŞAYEVA... Mən bu adın Azərbaycan insanına nə qədər doğma və əziz olduğuna heç vaxt şübhə ilə yanaşmamışam. Bilirəm ki, bu ad çoxlarının ürəyində ümid qığılcımı, inam təşnəsi, sevgi ünvanı kimi daim əziz tutulur. Onu da bilirəm ki, bu Tomris qeyrətli millət vəkilimizin heç kimin müdafiəsinə ehtiyacı yoxdur. Elə mənim özümün də..."
Sherg.az xəbər verir ki, bu barədə öz "Facebook" səhifəsində, tanınmış əməkdar jurnalist, ehtiyatda olan polkovnik - leytenant İbrahim Rüstəmli yazıb. O fikirlərinə sadəcə bir münasibət kimi yanaşmağı rica edib: "Qənirə xanımla dəfələrlə müxtəlif tədbirlərdə eyni auditoriyanı bölüşsək də, heç vaxt bir-birimizlə bir kəlmə belə kəsməmişik. Amma onun da məni yaxşı tanıdığına əminəm...
Səmimi sözümdü, son vaxtlar Qənirə xanım haqqında bəzilərinin yaydığı ürək bulandıran, böhtan xarakterli informasiyalar ölkə vətəndaşı kimi hövsələmi daraltdı. Bir xanımın dövlətimizin və xalqımızın gələcəyi naminə görə biləcəyindən də artıq işlərə imza atması, yorulmadan, usanmadan insanların qayğı və problemlərini dinləməsi və bu yolda əlindən gələni əsirgəməməsi, görəsən, kim(lər)in bostanına daş kimi düşüb, kim(lər)in sancısına səbəb olub!
Bu dünyada ən böyük qəhrəmanlıq insanları sevmək, insanlara inam, ümid, sevgi bağışlamaqdı. Qənirə xanımın millət vəkili kimi fəaliyyətində hər şeydən çox hiss etdiyim ən böyük misssiyasıdı bu. Ona görə də vətənpərvərliyinə, səmimiyyətinə, təəssübkeşliyinə həmişə böyük qibtə hissilə yanaşdığım çox hörmətli millət vəkilimizə çamur atanları qınayıram. Onlara "ayıb olsun" deyirəm.
Çünki bizə inam, ümid, sevgi bəxş edənləri bu gün qorumasaq, sabah həyatımızın bütün rəngləri qaraya boyanacaq. Amma o da var ki, başqalarının haqqını müdafiə edənin özünümüdafəyə ehtiyacı olmaz!.."
,
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya