Tanınmış televiziya diktoru Yevgeniy Suslov 81 yaşında vəfat edib

SSRİ Mərkəzi Televiziyasının tanınmış diktoru Yevgeniy Suslov 81 yaşında Moskvada vəfat edib.
AZƏRTAC xəbər verir ki, Yevgeniy Suslov 1937-ci ildə anadan olub. 1962-ci ildən SSRİ Mərkəzi Televiziyasında diktor kimi fəaliyyət göstərib. O, "Zaman” xəbərlər proqramının və "Mavi işıq” verilişinin aparıcısı olub.