Tanınmış yazıçı qətlə yetirildi



 
Türkiyədə tanınmış xanım yazar qətlə yetirilib.

AzVision.az xəbər verir ki, "Mələklərlə yaşamaq” adlı kitabı ilə məşhurlaşan yazıçı Beki İkala Erikli Türkiyə vaxtı ilə saat 18:00 radələrində Bəyoğluda çalışığı ofisin qarşısında güllələnib.

Hadisə şahidlərinin bildirdiyinə görə, yazıçı kimliyi məlum olmayan qadın tərəfindən öldürülüb. Cinayətkar hadisə yerindən qaçmağı bacarıb.

Hazırda faktla bağlı araşdırma aparılır.