Taras Şevçenko- Ukraynanın mənəvi simvoludur
20:51 06.07.2017
Arxiv
678
Tarixi şəxsiyyətlər jurnalının növbəti sayı dahi Ukrayna ədibi şair, rəssam Taras Şevçenkoya həsr olunub. Azərbaycanda, baş redaktor və təsisçi Xəlil Qarəhmədovun rəhbərliyi ilə nəfis tərtibatla işıq üzü görən bu jurnalda Taras Şevçenkonun həyat və yaradıcılığı haqqında ətraflı məlumat var.
Ukraynanın Xarici İşlər Naziri Pavlo Klimkin jurnalla bağlı təbrik yazısı, Taras Şevçenkonun böyüklüyünə Azərbaycan xalqının verdiyi dəyərə görə təşəkkürü yer alıb. Nazir öz yazısında xüsusi olaraq vurğulayıb, "Bakının mərkəzi küçələrindən olan Azadlıq prospektində Taras Çevçenkonun abidəsi ucaldılıb. Azərbaycandakı Ukrayna cəmiyyəti üçün bu abidə ənənəvi görüş yeri olub.”
Jurnalda eyni zamanda Ukrayna dövlətinin atributları, ərazisi, əhalisi və başqa məlumatlar da yer alıb. Ukrayna bayrağındakı rənglərin mənaları açıqlanıb. Dövlət atributlarından olan Gerbi və himni haqqında da məlumat var.
Jurnalda Ukrayna Prezidenti Petro Poroşenkonun həyat və fəaliyyəti də geniş yer alıb. Petro Poroşenkonun Azərbaycana səfəri, bu səfər çərçivəsində müxtəlif dövlət rəsmiləriylə görüşləri, bu görüşlərin iki dövlət arasında dostluq və əməkdaşlıq xarakteri daşıması barəsində jurnalda ətraflı məlumatlar yerləşdirilib. Petro Poroşenkonun Azərbaycana rəsmi səfəri zamanı Ukraynanın dahi şair və rəssamı Taras Şevçenkonun da abidəsini ziyarət edib, Azərbaycandakı Ukrayna icmasının üzvləriylə görüşüb. Azərbaycan Ukrayna Konqresinin fəaliyyətiylə tanış olub, Konqres üzvlərinə uğurlar arzulayıb.
Tarixi şəxsiyyətlər jurnalında geniş bir bölmü də Ukrayna tarixi tutub. Burada Ukraynanın tarixində baş verən mühüm hadisələr dəqiq faktlarla işıqlandırılıb.
Qennadi Qriqoriyeviç Zubko, Ukrayna –Azərbaycan birgə əməkdaşlıq komissiyasının sədri, baş nazirin müavini, regional inkişaf və mənzil-kommunal təsərrüfatı nazirinin məqaləsində isə iki dövlət arasında iqtisadi-ticarət əlaqələrindən, ikitərəfli əməkdaşlıqdan söhbət gedir.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev də öz məqaləsində 90-cı illərdən başlayaraq Azərbaycan-Ukrayna arasında diaspora münasibətlərinin yaranmasından və bu münasibətlərindən getdikcə daha da möhkəmlənməsindən danışıb.
Bir maraqlı fakt da var ki, Azərbaycanın qabaqcıl futbol klublarından biri olan "Qəbələ” futbol klubunun baş məşqçisi Raman Qriqorçuk da jurnal üçün müsahibə verib. Futbolla bağlı danışdıqdan sonra, xüsusi olaraq Azərbaycan xalqının xeyirxah olduğunu və Azərbaycanda özünü çox rahat hiss etdiyini vurğulayıb.
Ukrayna mətbəxi, ləziz yeməkləri haqqında jurnalın son səhifələrində ətraflı məlumat verilib.
Son olaraq onu da qeyd edim ki, sonuncu iyimi illikdə Ukraynanı geniş təsvir edən və iki dildə çap olunan ilk jurnaldı.
Günay Nəriman
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya
Hindistanın ən zəngin ştatında quraqlıq həyəcanı
22:54 26.09.2026
Ekologiya
Naxçıvanda kişi arvadını və baldızını bıçaqladı
22:53 26.09.2026
Hadisə