"Dünyada heç bir beynəlxlaq təşkilat və beynəlxlaq hüquq norması kiməsə başqa dövlətlərin daxili işlərinə qarışmaq ixtiyarı verməyib. Türkiyə demokratik ölkədir və oradakı seçkilər də çox şəffaf keçir. İstənilən məqamda türk xalqı öz taleyini həll etmək səviyyəsində, istəyində, cəsarəti və imkanındadır".
Bu sözləri Sherg.az-a Almaniya kansleri Angela Merkelin " Yeni idarəetmə sist emində türk xalqının müdafiə etdiyi demokratik prinsiplər qorunub saxlanılmalıdır " iddiasına münasibət bildirərkən tarixçi deputat Fəzail İbrahimli deyib.
O qeyd edib ki, qardaş ölkədə dövlət çevrilişinə cəhdin qarşısını A. Merkel deyil, türk xalqı aldı:
" Xaricdəki bəzi qüvvələr də birləşmişdi ki, Türkiyədə vətəndaş müharibəsi törətsinlər. Orada müəyyən qüvvələrin rolu vardı. Tarix bu faktları ortalığa qoyacaq. Hansısa dövlət baçısının başqa dövlətlərin işinə müdaxilə etməyə haqqı və səlahiyyəti çatmır. A. Merkel gedib, Avropadakı və eləcə də Almaniyadakı problemlərlə məşğul olsun. Qaçqın, köçkün və mühacirlər var. Bu məsələlərdə beynəlxlaq hüquq normalarına əməl etsin. Türkiyə hansısa dövlətə qarşı mənfi bir addım atmır. Hansıa bir xalqın deyil, türk xalqının taleyini həll etmək istəyindədir. Bu məsələ parlamentdə müzakirə olunub. İndi də xalqın ixtiyarına verilir. Merkel türk xalqını türklərdən çoxmu istəyir? Bunu anlamıram".
Millət vəkili onu da əlavə edib ki, ki, Türkiyəyə qarşı Avropa dövlətlərinin ədalətsiz mövqeyi əsrin əvvəllərindən başlayıb və bu münasibəti biz qonadrma erməni genosidi ilə bağlı görürük: "
Avropa dövlətlərinin liderləri gedib, xidmət etdikləri Ermənistana insan hüquq və azadlıqları ilə bağlı dərs keçsin. Türkiyəyə qarşı Avropa dövlətlərinin münasibəti ilə bağlı 20-ci illərdə İtaliyanın baş naziri olmuş Nette maraqlı bir firki irəli sürüb. O deyirdi: "Nə vaxtsa, Avropa dövlətləri Türkiyədən nəyisə qoparmaq istəyirsə, genosid yada düşür. Türkiyəyə nəyi vermək istəmirlərsə, yenə də genosid yada düşür". Onsuzda bir ovuc saxtakar amerikalı və ermənilərin istəyi ilə Türkyənin başı üstündən genosid qılıncını asıblar. Bir daha təkrar edirəm ki, Türkiyənin daxili işlərini ancaq şərh edə bilərlər. O da, ədalətli şəkildə şərh etməlidir. Amma kiməsə ixtiyar verilmir ki, Türkiyənin daxili işlərinə müdaxilə etsin. Türkiyə sərbəst şəkildə ayaqüstə durmağı bacaran dövlətdir. Onun güclü rəhbəri, lideri var. Türkiyə öz taleyini özü həll edəcək və ora kənardan hər hansı bir müdaxilə mümkün deyil".
Ayyət Əhməd