Tbilisidə güclü partlayış - Yaralananlar var




Tbilisidə yaşayış binasında güclü partlayış baş verib.

Georgia Online portalının məlumatına görə, nəticədə üç nəfər xəsarət alıb.

Həmin şəxslər xəstəxanaya yerləşdirilib.

Ehtimal edilir ki, partlayışa qaz sızması səbəb olub.

Hadisə yerində 10 xilasetmə briqadası işləyir. Partlayış nəticəsində binanın bir hissəsi uçub.