
Tbilisidə yararsız hala düşmüş avtomobillər nümayiş etdirilib
20:22 10.04.2019
Arxiv
667
Gürcüstan paytaxtı Tbilisidə əzilmiş avtomobillərin nümayişi keçirilib.
AZƏRTAC xəbər verir ki, avtomobil qəzaları nəticəsində əzilmiş və yararsız hala düşmüş avtomobillər Tbilisinin mərkəzi küçələrində xüsusi hazırlanmış bir neçə yerdə tərsinə qoyularaq nümayiş etdirilib.
Yerli mətbuatın məlumatına görə, ölkədə ilk dəfə keçirilən aksiyanın təşkilatçısı nə paytaxt meriyası, nə də Daxili İşlər Nazirliyidir. Bununla belə, heç bir qurum əzilmiş avtomobillərin nümayişinə etiraz etməyib.

Aksiyanın özəl şirkətlər və qeyri-hökumət təşkilatları tərəfindən keçirildiyi ehtimal olunur. Bildirilir ki, aksiya son zamanlar avtomobillərin iştirakı ilə törədilən qəzaların sayının artmasına etiraz əlaməti olaraq təşkil edilib.
Təşkilatçılar bu yolla avtomobil sahiblərini, xüsusən də avtomobilləri sərxoş halda, narkotik vasitələrin təsiri altında, sürətlə idarə edən, işıqforların qadağanedici siqnallarına məhəl qoymayan sürücüləri ehtiyatlı olmağa çağırırlar.
Əzilmiş avtomobillərin çevrilmiş halda nümayişi böyük marağa və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Əksəriyyət aksiyanı dəstəkləsə də, təşkilatçıları tənqid edənlər də var.
Məlumat üçün qeyd edək ki, Gürcüstanda baş verən avtomobil qəzalarının böyü əksəriyyəti paytaxt Tbilisidə qeydə alınıb. 2018-ci ildə ölkə üzrə 6400 avtomobil qəzası qeydə alınıb, nəticədə 459 nəfər həyatını itirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya