Tbilisinin mərkəzində etiraz aksiyası zamanı polislə qarşıdurma baş verib - YENİLƏNİB
19:44 01.04.2019
Arxiv
476
Tbilisinin mərkəzi Çavçavadze prospektində əmək hüquqlarının müdafiə olunması tələbi ilə keçirilən askiyada polislə qarşıdurma baş verib.
"Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiya iştirakçıları prospektdəki avtomobil yolunun ikinci hissəsini də bağlamağa cəhd ediblər.
Polis əməkdaşları onların bu cəhdinin qarşısını alıb. Nəticədə bir neçə şəxs saxlanılıb.
Gürcüstan ombudsmanı Nino Lomcaria aksiya keçirilən əraziyə gəlib. O, aksiya zamanı 4 nəfərin saxlanıldığını bildirib. Xalq müdafiəçisi deyib ki, həmin şəxslər polisə tabe olmadıqlarına görə saxlanılıblar.
Tbilisi meri Kaxa Kaladze aksiya iştirakçıları ilə işgüzar şəraitdə görüşməyə hazır olduğunu bildirib. Nümayişçilər isə görüş üçün K.Kaladzedən aksiya keçirilən əraziyə gəlməsini tələb ediblər.
Aksiya iştirakçıları Tbilisi merinin yaşadığı evə qədər yürüş etmək barədə qərar qəbul ediblər.
*** 22:26
Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Çavçavadze prospektində aksiya keçirilir.
"Report”un Gürcüstan bürosu xəbər verir ki, iştirakçılar əmək hüquqlarının müdafiə olunması və işçilərin təhlükəsizliyinin təmin olunmasını tələb edirlər.
Hökumət administrasiyası binası qarşısında başlayan aksiya Çavçacadze prospektində ötən gün torpaq uçqunu nəticəsində həlak olan 2 fəhlənin çalışdığı tikinti sahəsinin yaxınlığında davam etdirilir.
Aksiya iştirakçıları bildiriblər ki, ölkədə tikintidə təhlükəsizlik qaydaları təmin olunmadığına görə çox sayda fəhlə ölüb və buna görə məsuliyyəti hökumət daşımalıdır.
Hazırda aksiya Çavçavadze prospektində avtomobil yolunda oturaq formada davam etdirilir. İştirakçılar saat 23:00-a qədər baş nazir Mamuka Baxtadze, iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia və səhiyyə naziri David Sergeenko ilə görüş tələb ediblər. Əks halda aksiyanın dayandırılmayacağı bildirilib.
Aksiyaya insan haqları sahəsində fəaliyyət göstərən bir neçə təşkilat da qoşulub. Hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb olunub.
Qeyd edək ki, bu il Gürcüstanda 9 nəfər iş yerində ölüb, 4 nəfər isə ağır xəsarət alıb. Ötən il isə iş yerlərində ölənlərin sayı 59, müxtəlif dərəcəli xəsarət alanların sayı isə 199 nəfər təşkil edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi