Təhlükəli zonalarda tikilən evlərin statistikası aparılmır
09:24 11.01.2019
Arxiv
385
Azərbaycan ərazisinin çox hissəsi sürüşmə, daşqın zonasına düşür
Azərbaycanda 1,2 milyon əhalinin yaşadığı 576 yaşayış məntəqəsinin sel riski altında olması müəyyən edilib. Bunu tədqiqatı aparmış Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev deyib.
Selin Azərbaycanda geniş yayılan və getdikcə intensiv xarakter alan təbii fəlakətlərdən biri olduğunu nəzərə çatdıran N.Paşayev əlavə edib ki, gur sulu çayların hövzələrində antropogen yüklənmə və əhalinin ətraf mühitə qarşı müdaxiləsi 1990-cı illə müqayisədə 3-4 dəfə artığından Azərbaycan Qafqazda yenə də ən çox sel təhlükəsi olan ərazilərdən biri kimi qalır: "Bütün bunlarla yanaşı, indiyə qədər Azərbaycanda bu təbii fəlakətin formalaşmasına qarşı kompleks mübarizə tədbirləri aparılmayıb. Selə qarşı aparılan mübarizə tədbirləri əsasən, sel təhlükəsi olan çaylarda betondan sahil-qoruyucu dambaların tikilməsi olub".
Ekoloji Proqnozlar Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov "Şərq”ə açıqlamasında respublika ərazisində təhlükəsizliyin sıfıra bərabər olduğunu deyib:
"Ölkə başçısının dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, iri ranqlı məmurlar bu tapşırıqlara əməl etmir. Prezident demək olar ki, hər məsələyə reaksiya verib, sərəncam imzalayır. Amma məmurlar məsuliyyətsizlik edirlər. Sərəncamın yerinə yetirilməsinə nəzarət edilməlidir. Ciddi tələb olmalıdır. Iki gün əvvəl saytların birində oxudum ki, Şahdağda 0,30 AZN-lik suyu vətəndaşlara 5 manata satırlar. Bu nə deməkdir? Axı aidiyyəti qurumlar niyə bu özbaşınalığa əncam çəkmirlər? Bizim prezidentimiz öz xalqını, vətənini sevən humanist bir şəxsiyyətdir. Xəbərdar olduğu bütün problemlərlə bağlı tapşırıq verib, tez zamanda aradan qaldırılmasını tələb edir. Ancaq iri ranqlı məmurlar müvafiq sahəyə ayrılan maliyyəni mənimsəyir. Dövlət başçısının ətrafında istedadlı və vicdanlı şəxslərdən ibarət vətəndaş cəmiyyəti şurası yaradıb ölkə ərazisində baş verən problemlərin monitorinqini onlara həvalə etmək lazımdır”.
Ekoloqun sözlərinə görə, vətəndaş cəmiyyətləri də məşğul olduqları sahələrlə bağlı müntəzəm monitorinqlər keçirib, problemə diqqət çəkməlidir:
"Azərbaycanda təhlükəli zonada tikilən evlər barədə statistika aparılmır. Heç kim bu statistikanı aparmaq istəmir. Çünki bəzi qurumlar bir-biri ilə əlaqəlidir. Əgər yerli bələdiyyələr şəhər, rayon icra hakimiyyətləri rəhbərlərinin razılığı ilə torpaq sahələrini satırsa, müəyyən müddətdən sonra orada tikilən evlər sürüşürsə, inanmıram ki, kimsə onların ayağını bassın, adlarını açıqlasın. Bunu əhali, sakinlər özləri etməlidi. Azərbaycan ərazisinin çox hissəsi sürüşmə, daşqın zonasına düşür. Son dövrdə quraqlıq yaşanır, torpağın tərkibindəki su buxarlanır, aylardan sonra qəfildən leysan yağışları başlayır və ərazi sürüşməyə başlayır. Onunla bərabər tikililər də fəlakətlə uzləşir. Buna ehtiyatla yanaşılmalı, ev, torpaq sahəsi alanda fikirləşmək, dəqiq yoxlatmaq lazımdır».
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hiperaktiv olan uşaqlara valideynlər üçün 10 vacib tövsiyə
03:44 28.05.2026
Cəmiyyət
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya