
Təhsil Nazirliyi, Bakcell və “AzEduNet” arasında əməkdaşlıq protokolu imzalanıb
18:40 06.03.2019
Arxiv
569
Martın 5-də Təhsil Nazirliyi, Bakcell və "AzEduNet” şirkətləri arasında əməkdaşlıq haqqında protokolun imzalanması mərasimi keçirilib. Əməkdaşlıq protokolunu təhsil nazirinin müavini İdris İsayev, "Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers və "AzEduNet” şirkətinin direktoru Natiq Yəhyayev imzalayıb.

Protokolun imzalanmasında məqsəd ucqar kəndlərdə yerləşən, şagird sayı 60-a qədər olan 700-ə qədər ümumtəhsil müəssisəsində Azərbaycan Təhsil Şəbəkəsi vasitəsi ilə internet və şəbəkə xidmətlərinə çıxışın təmin edilməsidir. Əməkdaşlıq çərçivəsində hər ümumtəhsil müəssisəsi Bakcell şirkəti tərəfindən təmənnasız olaraq 3 il müddətində inzibati-idarəetmə məqsədləri üçün aylıq internet trafiki və data kart, Azərbaycan Təhsil Şəbəkəsinin operatoru olan "AzEduNet” şirkəti tərəfindən isə şəbəkənin resurslarına limitsiz çıxış imkanı və texniki dəstək xidməti ilə təmin ediləcək. Tərəflər həmçinin Bakcell şirkətinin təhsil sahəsinə aid korporativ sosial məsuliyyət layihələri çərçivəsində birgə əməkdaşlıq səylərini daha da gücləndirəcəklər.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev bildirib ki, müasir təhsil konsepsiyasının uğurlu icrasını şərtləndirən amillərdən biri təhsil müəssisələrinin şəbəkə infrastrukturu ilə təmin olunmasıdır. Bu baxımdan ölkədə ən böyük daxili təhsil şəbəkəsi olan və tədris prosesində innovativ mexanizmlərin tətbiqi üçün geniş imkanlar yaradan Azərbaycan Təhsil Şəbəkəsinin genişləndirilməsi böyük əhəmiyyət kəsb edir.
Nazir müavini qeyd edib ki, son illər şəbəkəyə qoşulmuş təhsil müəssisələrinin internet və intranet xidmətləri ilə təminatı, elektron təhsil resursları və idarəetmə sistemləri ilə təchiz edilməsi, tədris prosesində nəzarətin və qərarvermənin rəqəmsallaşdırılması istiqamətləri üzrə işlər həyata keçirilir.
Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bu əməkdaşlığın ölkədə təhsilin inkişafı və müasir texnologiyaların tətbiqi baxımından strateji xarakter daşıdığını vurğulayıb. Nikolai Beckers diqqətə çatdırıb ki, Bakcell özünün genişmiqyaslı korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqətdə saxlayır və ölkədə təhsilin inkişaf
etdirilməsinə töhfə verməyə çalışır. "Bakcell”in baş icraçı direktoru Təhsil Nazirliyi ilə birgə fəaliyyətin uğurlu olacağına əminliyini bildirib.
Tədbirdə Bakcell və "AzEduNet” şirkətləri tərəfindən ucqar kəndlərdə yerləşən ümumtəhsil müəssisələrinin təmənnasız şəbəkə imkanları ilə təminatı yüksək qiymətləndirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
11:10 27.08.2026
Dünya
"Sabah"ın Çempionlar Liqasından qazancı 20 milyon avronu keçdi
10:57 27.08.2026
Futbol
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
10:21 27.08.2026
Ekologiya
FHN-dən güclü külək və yağışla bağlı XƏBƏRDARLIQ
09:51 27.08.2026
Ekologiya
Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR
09:48 27.08.2026
Hadisə
Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
09:39 27.08.2026
Cəmiyyət
Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar
09:37 27.08.2026
Elm və Təhsil
Nigar Fərhad saxlanılıb
09:26 27.08.2026
Hadisə
Köçəryan iki ay müddətinə həbs edilib
08:57 27.08.2026
Region
Britninin oğlu reklam siması oldu -FOTO
08:40 27.08.2026
Şou
Livan prezidenti strateji yüksəkliklərin orduya verilməsinə çalışır
08:08 27.08.2026
Dünya
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
07:37 27.08.2026
Sağlamlıq
Azərbaycanda bu ad cəmi 3 uşağa verildi
06:26 27.08.2026
Sosial
Soyuducunu təmizləyərkən bu səhvə yol verməyin
04:24 27.08.2026
Maraqlı
Bakıda böyüyən türk aktrisanın toyu oldu
03:51 27.08.2026
Şou