TƏKLİF: "Şagirdlər üçün yay düşərgələri salınsın !"
11:00 20.06.2018
Arxiv
634
Kamran Əsədov:"O düşərgələrdə maarifləndirici tədbirlər, kino nümayişləri, görkəmli şəxsiyyətlərlə görüşlər təşkil olunmalıdır"
"Dünya təhsil sisteminin qəbul etdiyi normalardan biri budur ki, 6-17 yaş kateqoriyasına aid olan şagirdlər yay tətili müddətində ən azı 40-45 gün təbiət qoynunda olmalıdırlar”.
Bunu "Sherg.az”a tanınmış təhsil eksperti Kamran Əsədov söyləyib.
O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı şagirdlər üçün bir neçə yay düşərgəsi təşkil edib:
"İttifaqın "Olimp”, "Şahin” kimi düşərgələri, digər təşkilatların da düşərgələri fəaliyyət göstərir. Amma həmin qurumlar şagirdlərin toplanması zamanı ancaq öz əməkdaşlarının uşaqlarına yer verirlər. Bu isə digər uşaqların düşərgələrdə iştirak etmək imkanlarını məhdudlaşdırır.
Araşdırmalarıma görə, yay düşərgələrindən yararlanan uşaqların sayı il ərzində təxmini 3400-ə qədər olur. Onların yarısı düşərgələrdən pulsuz istifadə edə bilirlər. Bu isə aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin övladları olub. Ümumi şagirdlərdən – 1,5 milyon nəfərdən cəmi 3400-nün düşərgələrdə iştirak etməsi aşağı göstəricidir. Bu, düzgün deyil. Hesab edirəm ki, Azad Həmkarlar Təşkilatı məlum məsələni gündəmdə saxlamalıdır. Şəhərlərdə yaşayanlar dağlıq ərazilərə, dağlıq bölgələrdə yaşayan şagirdlər isə tarixi abidələrin olduğu, gəzməli, görməli yerlərə aparılmalıdır”.
Yay düşərgələrinin təkcə istirahət məqsədi daşımadığını diqqətə çatdıran K.Əsədovun sözlərinə görə, bu zaman maarifləndirici tədbirlər, kino nümayişləri, görkəmli şəxsiyyətlərlə görüşlər təşkil olunmalıdır:
"Tədris ilində əldə olunan biliklər istehsalatda tətbiq edilməlidir. İnsanlara təbiəti sevməyi, onu qorumağı öyrətmək lazımdır. Sovet dövründə belə düşərgələr olduğuna görə, şagirdlər yeni dostluqlar qazanır, ünsiyyət qururdular. Düşərgələr uşaqların yaddaşında xoş xatirələrlə qalırdı. İndi də belə düşərgələr təşkil edilərsə, şagirdlərin inkişafı üçün daha müsbət imkanlar açılar.
Burada biznes qurumları da maraqlı olmalıdır. Şagirdlər üçün düşərgələrin salınması ciddi xərc tələb etməyən sahədir. Dünya təcrübəsində bir nəfər üçün düşərgə xərci 27 manat təşkil edir. 20 günlük istirahət üçün adambaşına 150-200 manat xidmət haqqı tələb oluna bilər. Vergilər Nazirliyi də şagirdlərin istirahəti üçün imkan yaradan qurumlara güzəştlər etməlidir. Dövlət qurumları bu məsələdə qarşılıqlı əlaqədə çalışmalıdırlar. Təhsil Nazirliyi təklif verməlidir ki, filan qədər şagird var, tender keçirilsin, xidmət göstərəbiləcək qurumlar müəyyən olunsun. Belə təşkil edilsə, yay düşərgələri yüksək səviyyədə fəaliyyət göstərə bilər”.
Qeyd edək ki, tədris ilinin yekunlaşması ilə əlaqədar orta məktəb şagirdlərinə istirahət müddəti verilib. Şagirdlərin istirahətinin səmərəli təşkil edilməsi üçün yay düşərgələrinin olmamasından şikayətlənən valideynlər isə sosial şəbəkələrdə bununla bağlı müzakirələr aparıblar. Onlar Təhsil Nazirliyinin və aidiyyəti qurumların təşəbbüsü ilə düşərgələrin yaradılmasını tələb edirlər.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
20:58 10.09.2026
Hadisə
Ukrayna Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır
20:16 10.09.2026
Dünya
Nyu-Yorkda Əkiz Qüllələr 2977 işıq saçan dronla eskizləndirilib
19:50 10.09.2026
Gündəm
Binəqədidə bu yol bağlanır
19:30 10.09.2026
Cəmiyyət
"Botafoqo" Hakim Ziyeşi transfer edib
19:22 10.09.2026
Futbol
SALATIN ƏHMƏDLI: KLASSİKLƏŞMƏNİN TİPİKLİK MODELİ
19:14 10.09.2026
Ədəbiyyat
Livan və Kipr prezidentləri ilə görüşmək istəyirəm - Hersoq
18:54 10.09.2026
Aktual
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
18:47 10.09.2026
Dünya
Şəmkirdə istixanada yanğın olub
18:40 10.09.2026
Hadisə
"Qalatasaray"ın sabiq ulduzu Braziliya klubuna keçdi
18:25 10.09.2026
Futbol
Fransanın regiondakı maraqları daha da təhlükə altına düşür - ŞƏRH
18:20 10.09.2026
Aktual
Ərdoğan Trampın xüsusi nümayəndəsi ilə gizli görüş keçirib
18:18 10.09.2026
Gündəm
Ukrayna gəmilərini məhv edəcəyik - Peskov
17:59 10.09.2026
Dünya
NATO Rusiyanın təxribat planının qarşısını alıb
17:42 10.09.2026
Dünya