Teleaparıcı İlqar Mikayıloğlunu ilan sancıb - Vəziyyəti ağırdır



Tanınmış teleaparıcı  İlqar Mikayıloğlunu ilan vurub. 

Bu barədə Sherg.az -a aparıcının Elvin adlı dostu məlumat verib. Məlumata görə, hadisə Füzuli rayonunda "İlqarla bir gün" verilişinin çəkilişi zamanı baş verib. 

Xəbərdə qeyd olunur ki, İ.Mikayıloğlu  Füzulidəki xəstəxanaya yerləşdirilib və ilkin yardım göstərilib. Lakin onun sağlıq durumu ilə bağlı həkimlər heç bir məlumat verməyib. Vəziyyətinin ağır olduğu ehtimal edilən aparıcının Bakıya xəstəxanaya gətirildiyi bildirilir. 

Aysel Aslan