Temperatur yüksəlir - HAVA PROQNOZU





İyunun 20-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz hava şəraiti ilə müşahidə olunacaq. Şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Sherg.az"a daxil olan məlumata görə, havanın temperaturu gecə 18-21°, gündüz 27-32° isti olacaq.

Bakıda gecə 19-21° isti, gündüz 29-31° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.


Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal çimərliklərində- Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada şimal istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək.

Cənub çimərliklərində-Türkan, Hövsan, Sahil, Şıxda da şimal istiqamətli külək əsəcək.

Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.


Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər və gündüz Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-13° isti, gündüz 18-23° isti təşkil edəcək.