“Teoxarus tək Qarabağda deyil, Krım vəAlbaniyada da separatçılara dəstək verib” – Şərh

"Avropa Parlamentinin deputatı Eleni Teoxarusun ermənipərəst mövqeyi 2013-cü ildən xüsusi olaraq təzahür etməyə başlayıb”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
Ekspert bildirib ki, Teoxarus uroloq olmasına rəğmən, 2001-ci ildən siyasətlə məşğul olmağa başlayıb və "Solidarnost” partiyasından deputat seçilib:
 "Uroloq siyasətçi Ermənistan hakimiyyəti tərəfindən dəfələrlə təltif olunub. Lakin bu, aysberqin görünən tərəfidir. Heç şübhəsiz ki, onun bu canfəşanlığının arxasında erməni diasporasının verdiyi rüşvətlər dayanır. Hətta ermənilərin ona Qarabağ müharibəsi zamanı separatçılara verdiyi dəstəyə görə təşəkküründən belə məlum olur ki, bu şəxs hələ ötən əsrin 90-cı illərindən Azərbaycana qarşı fəaliyyət göstərib. 2001-ci ildə aktiv siyasətə qoşulandan sonra isə fəaliyyətini açıq siyasi müstəviyə keçirib. Üstəlik bu iyrənc, qanunazidd əməllərini Avropa Parlamentinə belə daşımağa múvəffəq olub. 
Teoxarus tək Qarabağda deyil, Krımda, Albaniyada da separatçılara, cinayətkarlara dəstək verməklə ad çıxarıb. Onun barəsində Azərbaycan, Ukrayna, Albaniya dövlətlərində kifayət qədər mənfi fikir formalaşıb. Təbii ki, Teaxarusun fəaliyyəti ilk növbədə mandatını daşıdığı Avropa Parlamentinə və onun bəyan etdiyi dəyərlərə ziddir. Lakin burada iki amil nəzərə çarpır: rüşvət və erməni-yunan şovinistləri arasında həmrəylik. Ermənilərlə yunanların özlərini eyni dəyərlərə sadiq xalq sayması, din həmrəyliyi, guya ari xalq olmaları barədə cəfəng uydurmalar, eyni zamanda türkə qarşı nifrətləri onları həmrəy edib”.
Analitik bəyan edib ki, onların türkə nifrəti yunan siyasətçilərin Dağlıq Qarabağa "xüsusi diqqət" ayırmasına səbəb olub:
"Lakin Avropa Parlamenti və NATO, eləcə də digər Avropa təşkilatları Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bununla bağlı bir sıra bəyanatlar verilib. Odur ki, erməni diasporasından pul alan kiprli deputatın canfəşanlığının Azərbaycan üçün hər hansı hüquqi-siyasi nəticə doğuracağı inandırıcı deyil. Əksinə, o və onun kimilər ermənilərə dəstək verməklə özlərini ifşa edirlər”.
İsmayıl