Azərbaycan öz reytinqini üç mövqe yaxşılaşdırıb və "Qlobal terrorçuluq indeksi” məruzəsində 98-ci yeri tutub. Dünya iqtisadiyyatı institunun təqdim etdiyi məlumata görə, mövcud reytinqin ilk sətirlərində terrorçuların fəaliyyəti və terror təhlükəsi kifayət qədər yüksək olan, sonuncu yerlərdə isə, ən təhlükəsiz ölkələr yer alıb. Azərbaycan, bu göstəriciyə əsasən regionda liderə çevrilib. bu, göstərir ki, ölkədə praktiki olaraq, terror təhlükəsi yoxdur. Ermənistan 83-cü, Gürcüstan isə 89-cu yerdə qərarlaşıb.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov "Qlobal Terrorçuluq İndeksi"ndə Azərbaycanın regionun lider ölkəsi kimi qeyd olunması son illər ərzində cinayətkarlığa və terrorçuluğa qarşı mübarizə sahəsində atılan addımların, görülən tədbirlərin, dövlətimizin təhlükəsizliyinin qorunması istiqamətində ölkə başçısının apardığı uğurlu siyasətin nəticəsidir. Sözügedən məruzədə Azərbaycanın mövqeyinin yaxşılaşdırmasını təqdirəlayiq hal kimi dəyərləndirən millət vəkili Azərbaycan milli maraqlara əsaslanan səmərəli daxili və xarici siyasət həyata keçirdiyini vurğulayıb:
"Bunun nəticəsidir ki, ölkəmizin dinamik inkişafı təmin edilib, bütün sahələrdə mühüm uğurlar əldə edilir, respublikamızın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir. Bununla yanaşı, Azərbaycanda ictimai-siyasi sabitlik tam təmin olunub və etibarlı təhlükəsizlik mühiti hökm sürür. Ölkəmizin yeni "Qlobal Terrorçuluq İndeksi"ndə mövqeyini yaxşılaşdırması da bunun bariz nümunəsidir. Bu, ölkəmizdə terror təhlükəsinin praktiki olaraq mövcud olmadığını, Azərbaycanın, sözün əsl mənasında, sabitlik adası olduğunu göstərir”.
Sözügedən nəticənin əldə olunmasında xalq- iqtidar birliyinin önəmini ön plana çəkən E. Məmmədov deyib ki, terrorizmə qarşı mübarizədə iştirak edən aidiyyatı qurumların hər biri cənab prezidentin yeritdiyi siyasəti icra edirlər: "Ortada həmrəylik olmasa, cinayətkarlığa qarşı mübarizədə xalq da öz töhfəsini verməsə bu uğura nail olmaq müşkül olardı. Dövlət təhlükəsizliyinin təmin olunmasında dövlətin siyasəti ilə yanaşı xalqın mövqeyi, prezidentinə olan inamı mühüm əhəmiyyət kəsb edir”.
E. Məmmədovun fikrincə "Qlobal Terrorçuluq İndeksi"ndə cinayətkar və terrorçu dövlət olan Ermənistanın yeri düzgün müəyyənləşdirilməyib:
"Mənfurlar ən qatı terrorçu dövlətlərin, təşkilatların sırasında yer almalı idi. Axı Ermənistanda terrora qarşı mübarizə aparan yox, məhz terror və işğalçılıq siyasəti yeridən bir rejim hökm sürür. Onlar özlərinin və Azərbaycanın işğal altında qalan ərazilərində dünyanın müxtəlif terror təşkilatlarının təlim bazalarını yerləşdirib”.
Şəymən