Tıxaclar polisin köməyi ilə aradan qaldırılmalıdır
07:27 15.09.2017
Arxiv
541
Adi vətəndaş yol nizamlayıcısı ola bilməz
Son illər maşınların sayının kəskin artması paytaxtda tıxacların yaranmasına səbəb olub. Bir neçə ay avtomobil azlığının müşahidə olunmasına baxmayaraq, yeni dərs ilinin başlaması təbiidir ki, yollardakı seyrəkliyi aradan qaldırılacaq.
Ənənəvi olaraq məktəblər və universitetlərin açılması özü ilə tıxacları "gətirir”. Bu hal sürücülər üçün bezdirici olsa da, onlar yaranan kritik vəziyyətdən adi vətəndaşın köməyi ilə çıxa bilirlər. Bu vətəndaş ya hansısa sürücü, sərnişin, ya da yoldan keçən bir insan ola bilir. Yolların bərbad şəkildə pərakəndəliyi polislərin hadisə yerinə gəlməsini ləngitdiyi üçün sürücülər mövcud vəziyyətdən özləri çıxmağa çalışırlar.
Bəs tıxaclar zamanı kiminsə polis və ya nizamlayıcı missiyasını yerinə yetirməsi qanun pozuntusu ola bilərmi?
Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubovun "Şərq”ə açıqlamasına görə, tıxac zamanı nizamlayıcı funksiyasını yerinə yetirmək istəyən sürücü və ya digər şəxsin yol hərəkətinin təşkilində kifayət qədər təcrübəsi olmalıdır. Əks halda, onlar nizamlayıcı missiyasını yerinə yetirərkən o qədər də xoş olmayan addım ata bilərlər. Bu isə müxtəlif problemlərin yaranmasına səbəb olar:
"Yol hərəkətinin təşkili zamanı 2 əsas prinsipdən istifadə olunur. Yol hərəkəti qaydalarının obyektiv və subyektiv prinsipləri. Yəni, bəzi yol hərəkəti qaydaları insanlardan asılı ola bilər. O cümlədən "yol verin”, "müəyyən qədər ara məsafəsinin gözlənilməsi”, "ötmə” və s. qaydalarda bəzi vaxt sürücülər bir-biri ilə razılaşma edə bilər. Bəs, bu necə olur? Nizamlanmayan yol ayrıclarında bəzi vaxt bir tərəfdə axın o qədər çox olur ki, ikinci tərəf saatlarla gözləyir. Ona görə sürücülər müəyyən işarələrlə qarşı tərəfə bildirirlər ki, "icazə versəniz keçərik”. Ancaq bəzi vaxt tıxac o qədər çox olur ki, sürücülər özləri həmin tıxacın yaranmasına səbəb olurlar. Əgər tıxac varsa, nizamlanan yol ayrıcında yaşıl işıq yanan zaman yola daxil olmaq qadağandır.
Ona görə də, sürücülər gözləməlidir ki, həmin yerdə tıxac açılsın, sonra yola daxil olsunlar. Bəzi vaxt onlar yola daxil olur və daxil olduqları vəziyyətdəcə qalırlar. O biri yolda yaşıl işıq yanarkən maneçilik törədilir və tıxac əmələ gəlir. Hərdən elə olur ki, tıxaclarda nəqliyyat vasitəsi nə arxaya, nə də qabağa keçə bilir. Bax bu, sürücülərin özünün yol hərəkəti qaydalarında nizam-intizama əməl etməməsi nəticəsində olur.
Bizdə tıxaclar zamanı işıqfor texniki bir vasitədir və o, tıxacları üzərinə götürə bilmir. Ona görə də yol nizamlayıcısı həmin tıxaclara uyğun olaraq nizamlama işləri aparmalıdır. Görsələr ki, doğrudan da şəhərdə böyük tıxac əmələ gəlib, bu zaman onlar operativ olaraq bu problemlə məşğul olmalıdır. Elə yerlər ola bilər ki, bir qədər təcrübəli sürücülər tıxaclarda köməklik edə bilər. Ancaq o demək deyil ki, onlar bu missiyanı öz üzərlərinə götürsün. Yalnız xüsusi geyimi olan və bu işi bilən adamlar problemlə məşğul olmalıdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya