Tramp: “Özümü həyat dolu cavan oğlan kimi hiss edirəm”





"Özümü elə gənc hiss edirəm ki, qocalacağıma inanmıram”

"Sherg.az” "nouvelobs.com”a istinadən xəbər verir ki, bu buarədə ABŞ prezidenti Donal Tramp Ağ Evin bağında jurnalistlərlə apardığı söhbət zaman bildirib. 

O qeyd edib ki, 72 yaşı olmasına baxmayaraq özünü çox gənc və həyat dolu hiss edir:

Mən özümü cavan oğlan kimi hiss edirəm. Həyat dolu cavan bir oğlanam. Hətta mən bəzi gənclərdən daha gəncəm. Co Baydeni görəndə bilmirəm nə deyim... Kimin qoca olduğunu heç vaxt deyə bilmərəm. Hər halda mənim 72, C.Baydenin isə 76 yaşı var.

Yazıda qeyd olunur ki, 2020-ci ildə ABŞ –da baş tutacaq prezident seçkilərində D. Trampın rəqibi böyük demokrat kimi tanınan Co Bayden olacaq.

Tərcümə etdi: Ayyət Əhməd