Tramp Putinlə danışıqlarının təfsilatlarını gizlətdiyini inkar edir
18:15 13.01.2019
Arxiv
310
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə danışıqlarının təfərrüatlarını gizlətdiyini inkar edərək "heç nəyi gəzlətmədiyini" bildirib.
The Washington Post-un iddia etdiyinə görə, 2017-ci ildə azı bir dəfə Tramp tərcüməçisinin qeydlərini ondan götürüb.
Xəbərlərə görə, ötən il ABŞ və Rusiya prezidentləri arasında Helsinkidə keçirilmiş və iki saat çəkmiş təkbətək danışıqların da qeydləri Trampda yoxdur.
Donald Trampın prezident seçildiyi 2016-cı ilədək Rusiya əlaqələri ABŞ-da federal səviyyədə aparılan istintaq tərəfindən araşdırılır.
İstintaqa Federal Təhqiqatlar Bürosunun (FBI) keçmiş rəisi Robert Mueller rəhbərlik edir.
Ötən həftənin əvvəlində New York Times-ın yaydığı xəbərə görə, 2017-ci ildə James Comey-ni vəzifəsindən azad etdikdən sonra prezident Trampın Rusiyanın xeyrinə gizli işləyib-işləmədiyini aydınlaşdırmaq məqsədilə daha bir istintaqın açılmasınnı xəbər verib.
İddia edildiyinə görə, bu araşdırma Mueller-in rəhbərliyi altında aparılan istintaqa əlavə edilib.
2016-cı ildə ABŞ kəşfiyyatı belə nəticəyə gəlib ki, Rusiya kiber hücumlar təşkil edib və ABŞ-da prezident kampaniyası zamanı Trampı dəstəkləmək, onun rəqibi Hillari Klintonun prezidentlik şanslarına zərbə vurmaq üçün isə sosial mediada saxta xəbərlər yayıb.
Son xəbərlərlə bağlı Trump deyib ki, "heç nəyi gizlətmir" və deyilənlər "onun vecinə deyil".
O deyib ki, Helsinki də Rusiya prezidentilə "digər prezidentlərlə" danışdığı kimi danışıb, onların çox yaxşı söhbəti alınıb və tərəflər iqtisadi məsələləri müzakirə ediblər.
"Həmin görüşü hamı dinləyə bilərdi, - o deyib. - Rusiya ilə bağlı bütün bu məsələlər uydurmadır".
Ağ Evin nümayəndəsi Sarah Sanders deyib ki, Washington Post qəzetindəki məqalə o dərəcədə qeydi-dəqiqdir ki, ona reaksiya verməyə dəyməz.
Washington Post-da nə yazılıb?
Qəzet Tramp administrasiyasının adı çəkilməyən keçmiş və hazırkı rəsmilərinə istinadən bildirib ki, Donlad Tramp Putinlə danışıqlarının təfərrüatlarını administrasiyasının yüksəkrütbəli rəsmilərindən gizlədib.
Qəzet yazıb ki, 2017-ci ildə Hamburqda Putinlə görüşəndən sonra Donald Tramp təcüməçisinin qeydlərini özünə götürüb.
Helsinkidə iki prezident bağlı qapılar arasında iki saat ərzində danışıblar, həmin görüşdə yalnız onların tərcüməçiləri olub.
Keçmiş rəsmilər deyirlər ki, bu cür praktika əvvəlki ABŞ prezidentlərinin dövründə təsbit olunmuş danışıqlar aparmaq qaydası ilə ziddiyyət təşkil edir.
The Washington Post əlavə edir ki, Tramp "ümumilikdə müşafirlərinə onun Putinlə telefon danışıqlarını dinləməyə icazə verib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol