Trampdan İrandakı aksiyalara reaksiya: "Dəyişikliyin vaxtı çatıb"





ABŞ prezidenti Donald Trampın 2017-ci ilin 28 dekabrından İranın Məşhəd şəhərindən başlanın bu günə kimi davam edən etiraz aksiyalarına reaksiyası gecikməyib. 

"Sherg.az" "Lemonde.fr"ə istinadən xəbər verir ki, D.Tramp iranlı nümayişçiləri dəstəkləyib:

 "İran vətəndaşları siyasi rejimin yol verdiyi ciddi korrupsiya halları və milli sərvətlər hesabına xarici terrorçu qrupların maliyyələşdirilməsi istiqamətindəki israfçılığından cana doyub. İran hökuməti xalqın  istək və tələblərinə hörmətlə yanaşmalıdır. Dünyanın diqqəti İrandadır. Nümayiş iştirakçılarını həbsə almaq olmaz".

Bundan başqa D.Tramp Tehranda dəyişikliyin vaxtı çatdığını bəyan dib. 

Tərcümə etdi: Ayyət ƏHMƏD