Transferlərə ən çox pul xərcləyən klublar - SİYAHI
17:10 12.02.2018
Arxiv
1238
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) Avropanın "böyük beşlik" ölkələrinin (İspaniya, İngiltərə, İtaliya, Almaniya, Fransa) yüksək liqalarında mövcud heyətinə ən çox yatırım edən klubların siyahısını açıqlayıb. Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, bu baxımdan liderlik "Mançester Siti"yə məxsusdu.
"Şəhərlilər" ixtiyarındakı oyunçuların transferlərinə ümumilikdə 878 milyon avro ödəniş edib. "Mançester Siti" bununla futbol tarixinin ən bahalı klubuna çevrilib. Premyer Liqaya liderlik edən komanda Pep Qvardiolanın gəlişindən sonra transferlərə 500 milyondan avrodan çox xərc çəkib.
98 klubun yer aldığı siyahıda ikinci yeri 805 milyonla PSJ tutur. İlk "üçlüy"ü isə Mançester şəhərinin digər təmsilçisi "Mançester Yunayted" (747 milyon) qapayır.
98 klubdan 42-si indiki oyunçularının transferlərinə 100 milyon avrodan çox pul xərcləyib. Heyətini ən ucuz oyunçularla quran klub "Trua"dı. Fransızlar hazırkı kollektiv üçün cəmi 2 milyon avro ödəyiblər.
Transferlərə ən çox pul sayan klublar Premyer Liqa təmsilçiləridi. İngilislərin 20 komandası orta hesabla 291 milyon avroluq oyunçular alıb. Növbəti yerləri müvafiq olaraq La Liqa (131 milyon), A seriyası (124 milyon), Bundesliqa (113 milyon) və Liqa 1 (97 milyon) tuturlar.
Heyətindəki oyunçuların transferlərinə ən çox pul xərcləyən klublar:
1. "Mançester Siti" (İngiltərə) - 878 milyon avro
2. PSJ (Fransa) - 805 milyon
3. "Mançester Yunayted" (İngiltərə) - 747 milyon
4. "Barselona" (İspaniya) - 725 milyon
5. "Çelsi" (İngiltərə) - 592 milyon
6. "Real" (İspaniya) - 497 milyon
7. "Liverpul" (İngiltərə) - 461 milyon
8. "Yuventus" (İtaliya) - 448 milyon
9. "Arsenal" (İngiltərə) - 403 milyon
10. "Everton" (İngiltərə) - 365 milyon
11. "Bavariya" (Almaniya) - 363 milyon
12. "Tottenhem" (İngiltərə) - 358 milyon
13. "Milan" (İtaliya) - 305 milyon
14. "Atletiko" (İspaniya) - 298 milyon
15. "Monako" (Fransa) - 286 milyon
16. "Borussiya" (Dortmund, Almaniya) - 268 milyon
17. "Roma" (İtaliya) - 262 milyon
18. "Sauthempton" (İngiltərə) - 229 milyon
19. "Kristal Pelas" (İngiltərə) - 225 milyon
20. "İnter" (İtaliya) - 217 milyon
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya
Türkiyə Moskva və Kiyev arasında açar ölkədir – Ekspert
14:27 06.11.2026
Aktual
Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilib
14:27 06.11.2026
Region