Tural Abbaslı AXH-dəki qalmaqaldan DANIŞDI: “Buna biz qərar veririk, İsgəndər Həmidov yox !”
12:42 03.04.2019
Arxiv
597
"İsgəndər Həmidov idarə heyətinin üzvlüyündən xaric olunmağımla bağlı mənim məsələmi qaldırdı. Səbəbini bilmirəm. Mən də orada sübut etdim ki, onun iddialarının heç bir əsası yoxdur. Niyə bu məsələni qaldırdı, məqsədi nə idi, nəyə nail olmaq istəyirdi, o da mənə qaranlıq qaldı”.
Bu barədə "Sherg.az”a AĞ Partiya başqanı Tural Abbaslı Azərbaycan Xalq Hərəkatının (AXH) aprelin 1-də baş tutan iclasındakı qalmaqaldan danışarkən bildirib.
T.Abbaslı qeyd edib ki, bu mübahisələr nəticəsində vəziyyət gərginləşdi və qarşıdurma yarandı:
İstəməzdik, amma oldu. Səsvermə keçirildi və təbii ki, İsgəndər bəyin əsas iddiaları öz əksini tapmadı”
"İsgəndər Həmidov oranın rəhbəri deyil ki, məndən bunu tələb eləsin. Mənim kimi o da, həmtəsisçilərdən biridir. Bununla bağlı məndən nəsə tələb irəli sürmək kimi bir səlahiyyəti yoxdur. Odur ki, bu, onun tələbinə əsasən hər hansı addım atası deyiləm.
Bu məsələlərə biz özümüz qərar veririk, İ.Həmidov yox. O, ən yaxşı halda öz yerinə və təmsil olunduğu partiyanın yerinə qərar verə bilər. Biz İ.Həmidovun fikirlərinə əsasən siyasət yürütmürük”.
Müsahibimiz həmçinin diqqətə çatdırıb ki, birlik daxilində bu cür hadisələrin baş verməsi demokratiyanın göstəricisidir:
"Demokratik idarəçilikdə belə halların olması mümkündür və təbiidir. Sadəcə, mən düşünürəm ki, indiki məqamda cəmiyyətimiz belə bir açıqlığa və şəffaflığa hələ tam hazır deyil. Biz ilk növbədə insanların reaksiyasını düşünərək addım atmalıyıq. Mən bəzi təşkilatı məsələlərin qapalı iclasda keçirilməsinin tərəfadrıyam.
Lakin, israr olundu ki, açıq olsun və açıq iclasda mənim məsələm qaldırıldı. Müzakirə də açıq iclasda oldu. Səbəbini gərək məsələni qaldıran insandan soruşasan. Biz onun yerinə nə deyə bilərik. Görünür, bəzi şeylər insanların xarakterlərindən asılıdır”.
Sevda Ulutau
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi