Tural Abbaslıdan təklif: "...üç seçkidə iştirak etməyən siyasi partiyaların qeydiyyatı ləğv olunsun !"
15:09 20.07.2018
Arxiv
389
"Azərbaycanda qərargahı olmayan, üzvlərinin sayı bilinməyən, bir qovluqdan ibarət siyasi partiyaların ləğv edilməsi barədə müzakirələr hər zaman olur”.
Bunu "Sherg.az”a AĞ Partiya başqanı Tural Abbaslı söyləyib.
Onun fikrincə, siyasi səhnədə dırnaqarası partiyaların sayını azaltmaq üçün inzibati metodlardan istifadə düzgün deyil:
"Qeydiyyatdan keçən 54 siyasi partiyanın ən yaxşı halda 10-12-si bu və ya digər formadan varlığını siyasi səhnədə nümayiş etdirir. Digərləri isə 1993-1995-ci illər ərzində yaranan partiyalardır ki, həmin vaxtdan fəaliyyət göstərirlər. Bu partiyaların fəaliyyətinə dövlət tərəfindən xitam verilməsinin əleyhinəyəm. Sıradan çıxmalı olanlar avtomatik ləğv ediləcəklər. İnzibati qaydada hər hansı partiyanı ləğv etsək, Avropada və dünyada təzyiqlə qarşılaşa bilərik. Çünki bu demokratik addım sayılmayacaq”.
T.Abbaslı hesab edir ki, qanunvericilikdə dəyişikliklər edilməklə rəqabət mühiti formalaşdırıla bilər:
"Məsələn, qərar qəbul edilə bilər ki, ard-arda üç seçkidə iştirak etməyən siyasi partiyaların qeydiyyatı ləğv olunsun. Yaxud nizamnaməsinə əsasən qurultayları vaxtlı vaxtında keçirilməyən siyasi partiyalar ləğv edilə bilər. Bütün bunları tənzimləməklə partiyaları təşviq etmək mümkündür. Hesab edirəm ki, daha demokratik addım, təbii yol budur”.
Qeyd edək ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Azərbaycanda faktiki olaraq 6-7 partiyanın geniş və ya məhdud şəkildə fəaliyyət göstərdiyini açıqlayıb. O bildirib ki, yerdə qalan partiyaların mövcudluğuna, qeydiyyatda saxlanmasına ehtiyac yoxdur.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya