Türk deputatlar Sarkisyana cavab verdilər - SORĞU
11:11 21.09.2017
Arxiv
336
Türkiyə Böyük Millət Məclisinin üzvləri Ermənistan prezidenti Serj Sarkisyanın BMT-dəki çıxışına cavab veriblər. Xatırladaq ki, S. Sarkisyan Türkiyə ilə imzalanmış Sürix protokollarını 2018-ci ilin baharına qədər ləğv edə biləcəklərini bəyan edib.
Ədalət və İnkişaf Partiyası (AKP) Osmaniyə millət vəkili, TBMM Milli müdafiə komissiyasının üzvü Suat Önal APA-ya bildirib ki, Sürix protokollarını Ermənistan özü "öldürərək” gündəmdən çıxarıb: "Sarkisyan bunu BMT-də gündəmə gətirməklə Ermənistanın işğalçı siyasətini ört-basdır etməyə çalışır. Sürix protokollarının həyata keçirilməsiniN Azərbaycan torpaqlarının işğaldan azad edilməsi şərtinə bağlanmasından təbii nə ola bilər ki? Türkiyənin bu şərtini yaxşı bilən Sarkisyan öz ölkəsinin işğalçılığını etiraf edir. Təxminən 8 il əvvəl gündəmdən düşmüş bir məsələni Sarkisyanın BMT-də gündəmə gətirməsi onun və ölkəsinin çarəsizliyini göstərir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeydsiz-şərtsiz tərk etmədiyi və Türkiyəyə qarşı iddialarından vaz keçmədiyi təqdirdə, mövcud durumda dəyişiklik olmayacaq və son nəticədə itirən də onlar özləri olacaqlar”.
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini, Ardahan millət vəkili, sabiq səfir Öztürk Yılmaz isə xatırladıb ki, Sürix protokolları Türkiyədə cəmiyyətin sərt reaksiyasına səbəb olsa da, hökumət prosesi davam etdirmək istəmişdi: "Ancaq Ermənistan Konstitusiya Məhkəməsi 12 yanvar 2010-cu ildə ölkənin Müstəqillik Bəyannaməsinə zidd olduğunu səbəb göstərərək, protokolların həyata keçirilməsinin qeyri-mümkünlüyü barədə qərar qəbul edərək bu sənədləri "şikəst” edib. Bunu dünya-aləm bildiyi halda, Sarkisyanın yenidən gündəmə gətirməsinin səbəbi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmamasını pərdələməkdir. Əslində Sürix protokollarını gündəmə gətirəndə BMT Sarkisyanın çıxışına son qoymalıydı, çünki Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeydsiz-şərtsiz çıxmasına dair BMT-nin 4 qətnaməsi olmasına baxmayaraq, Sarkisyan bunu yerinə yetirməyərək, Sürix protokollarından danışır. Bunu suçluluq psixologiyasının verdiyi təlaş kimi qiymətləndirirəm”.
Müstəqil Kayseri millət vəkili, tarixçi alim Yusuf Halaçoğlu qeyd edib ki, işğalçı bir ölkə ilə protokol imzalanmasının ciddi səhv olduğunu o vaxt dəfələrlə deyib: "Birincisi, protokolun həyata keçirilməsini Ermənistan Konstitusiya Məhkəməsi dayandırdı. İkincisi isə, protokol həyata keçsəydi, ac-səfil vəziyyətdə olan Ermənistan əhalisinin hamısı Türkiyəyə axın edib burada bizim ayaqlarımız altında qalacaqdı. Görünür, Sarkisyan bunun nostalgiyasını yaşadığı üçün BMT-də yenidən Sürix protokollarını xatırladıb. Onun yeganə məqsədi və bunun üçün oynadığı bütün oyunlar işğal altındakı Azərbaycan torpaqlarını və Xocalı soyqırımını unutdurmaqdır. Ancaq əmin olsun ki, oynadığı bütün oyunların nəticəsi onun özünə və ölkəsinə qarşı olacaq. Özü tikdiyi çuvallarda özü boğulacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol