Türk ordu tarixində ilk: Hicablı tələbə təyyarəni tək idarə etməyi bacarıb




Türkiyə Silahlı Qüvvələrində bir ilk yaşanıb. Axar.az xəbər verir ki, Səlcuq Universitetinin Kompüter Mühəndisliyi fakültəsinin tələbəsi Mərvə Gürbüz Silahlı Qüvvələrdə pilot təhsili alan ilk hicablı qadın kimi tarixə düşüb.

23 yaşlı Mərvə bütün sınaqlardan keçib və son olaraq təyyarəni tək idarə etməyi bacarıb. Bundan sonra o, rəsmi şəkildə Hərbi Hava Məktəbində təhsilinə başlayıb.