Türk qırıcıları İraqın şimalında əməliyyat keçirdi – 3 terrorçu zərərsizləşdirilib




Türkiyənin Milli Müdafiə Nazirliyinin aşıqlamasına görə, İraqın şimalında, Zap ilə Sinat-Haftanin bölgələrində hava əməliyyatı həyata keçirilib.

Sherg.az-ın xəbərinə görə, əməliyyat zamanı 3 terrorçu zərərsizləşdirilib.

Nazirliyin açıqlamasında deyilir: 

"İraqın şimalında, Zap ilə Sinat-Haftanin bölgələrində hava əməliyyatı nəticəsində terror təşkilatına aid silah-sursat anbarı, və terrorçuların saxlandığı yer atə.ə tutulub. Türkiyəyə qarşı terror törətmək hazırlığında olan azı üç silahlı terrorçu zərərsizləşdirilib”.