Türkiyə Almaniyanın tənqidlərini rədd edir: "Qəbuledilmzədir"




Türkiyə Almaniyanın tənqidlərini rədd edir. 

Sherg.az "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirliyi bəyanat verib. O qeyd edib ki, Türkiyədə saxlanılan Almaniya vətəndaşı ilə bağlı bu ölkənin Türkiyəyə qarşı haqsız tənqidləri və Türkiyənin daxili işinə qarışması qəbuledilməzdir. 

Qeyd edək ki, Türkiyənin Almaniyadakı səfirininin Almaniya XİN-ə çağırılmasından sonra bu ölkələr arasındakı gərginlik pik həddə çatıb. Buna Almaniyanın insan hüquqlarının qorunması ilə məşğul olan nümayəndəsininin Türkiyədə saxlanılması səbəb olub.

Almaniya xarici işlər nazirinin sözçüsü, Martin Şafer də qeyd edib ki, Türkiyə hökuməti Almaiyanının bu narahatlığını anlamalıdır:

"Bilməlidirlər ki, Türkiyədə saxlanılan vətəndaşımız Peter Stödner bu ölkədə bir seminarda təlimçi kimi iştirak edib. Amma Türkiyə hökuməti onun terrorçu qruplaşmaya dəstək göstərək cinayət törətməkdə ittiham edir. Onun Fətullah Gülən tərəfdarı olduğunu və ya PKK-a xidmət göstərini ifadə edir.

Almaniya kansleri Angela Merkelin sözçüsü Stefen Seybert qeyd edir ki, bu məsələlər həll olunmasa, Türkiyənin Avropa Birliyinə qəbul olunması ilə bağlı danışıqlar belə aparılmayacaq. İndiki vəziyyətdə bu məsələ gündəmdə ola bilməz".

Tərcümə etdi: Ayyət ƏHMƏD