Türkiyə-Amerika danışıqları gərginliyi aradan qaldıracaq
08:13 01.03.2018
Arxiv
1217
“Ən azı Suriyada Türkiyə ilə ABŞ hərbi qüvvələri toqquşmayacaq”
Türkiyə ilə ABŞ arasında FETÖ ilə mübarizə, Yaxın Şərqdəki əməliyyatlar, terrorçulara verilən dəstək mövzuları ilə bağlı 8-9 martda danışıqların ilkin mərhələsinə start veriləcək.
Türk mediasının məlumatına görə, ABŞ dövlət katibi Reks Tillersonun 15-16 fevralda Ankara ziyarəti zamanı ikili əlaqələrin normallaşdırılması məqsədi ilə Suriya, FETÖ və İraq məsələləri üzrə 3 komitə yaradılıb.
Məlumdur ki, Afrin əməliyyatı və Amerikanın Suriyadakı terrorçuları israrla dəstəkləməsi fonunda tərəflər arasında münasibətlər gərgin olaraq qalmaqdadır. Mütəmadi olaraq ABŞ rəsmiləri tərəfindən ikibaşlı açıqlamalar verilir, qərəzli mövqelər sərgilənir. Bu səbəbdən ekspertlərin fikrincə, bir-iki görüşlə əlaqələri normal müstəviyə daşımaq, xüsusən FETÖ məsələsində anlaşmaya nail olmaq çətin olacaq.
Məsələni "Şərq”ə dəyərləndirən "Sivilizasiyalar və Konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib ki, gərginliyi ortadan qaldırmaq üçün müzakirələrə başlanmasının özü mühüm hadisədir:
"Təbii, bu cür məsələlər bir-iki gündə həll edilmir. Hər iki tərəf üçün ortada çox ciddi mövzular var. İnanıram ki, ən azı Suriyada Türkiyə ilə ABŞ hərbi qüvvələri toqquşmayacaq. Türkiyə üçün PKK məsələsini kökündən həll etmək vacib məsələdir. FETÖ məsələsində indiki dövrdə anlaşma mümkün görünmür. Bu məsələnin Türkiyə və Amerika arasında sadəcə bir həlli var, o da terrorçu başı Fətullah Gülənin Türkiyəyə ekstradisiya edilməsidir.
Ancaq Amerika hələlik buna getməz. Hər halda Türkiyə çalışacaq ki, PKK-nın məhv edilməsi yolunda ABŞ əngəlini qaldırsın. Türkiyə buna nail olarsa, çox böyük diplomatik uğur əldə etmiş olar. Əks halda Türkiyənin başqa yolu qalmayacaq, dövlətinin təhlükəsizliyi naminə Amerikanı belə qarşısına almağa məcbur olacaq. Onu da vurğulayım ki, problemlərin həlli istiqamətində 3 komitənin yaranması Amerikanın bu məsələlərin Türkiyə üçün prioritet olduğunun qəbul edilməsidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət