Türkiyə diqqətli olmalıdır
14:43 09.05.2018
Arxiv
1344
ABŞ İranı hədəf kimi göstərsə də, hər zaman ətrafını vurur
ABŞ və İsrail ilə İran arasındakı nüvə gərginliyi artmaqdadır. Səbəb Vaşinqtonun İranla bağlanmış nüvə sazişindən imtina edəcəyini açıqlamasıdır. Ağ Ev rəhbəri Donald Trampın bütün məsləhətlərə rəğmən, sazişdən çıxacağı iddia edilir.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, İran illər əvvəl razılaşdırılmış müqavilənin yenidən nəzərdən keçirilməsinə imkan verməyəcək. Əgər ABŞ müqaviləni pozmağa davam edərsə və ya razılaşmadan çəkilərsə, rəsmi Tehran öz bildiyi kimi cavab vermək hüququndan istifadə edəcək. Prezident Həsən Ruhani isə bəyan edib ki, hökumət Amerika lideri Donald Trampın nüvə sazişi ilə bağlı istənilən qərarına hazırdır. Xatırladaq ki, daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu "İranla imzalanan nüvə sazişi ya ləğv edilməli, ya da ona düzəlişlər edilməlidir” tələbi ilə çıxış edib. Aprelin 30-da isə baş nazir bəyan edib ki, İsrail kəşfiyyatı İranda hərbi nüvə proqramının mövcud olmasını sübuta yetirən yarım tona yaxın məxfi material əldə edib. Netanyahu İranla müharibəyə hazır olduqlarını bildirib.
Tərəflər arasındakı gərginliyi şərh edən "Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli deyib ki, on illərdir ABŞ hədəf kimi İranı göstərir, ancaq İranın ətrafını vurur. Ekspertin sözlərinə görə, yenə də məqsəd İranı hədəf göstərərək başqasını vurmaqdır. Ona görə də Türkiyə çox diqqətli və hazırlıqlı olmalıdır:
"Şimali Koreya ilə anlaşma çox güman ki, baş tutacaq və bu, ABŞ-ın Uzaq Şərqdə Çin və Rusiya üzərində böyük qələbəsi olacaq.
İrana gəldikdə isə İsrail rəhbərliyinin "İran bütün dünya üçün təhlükədir” kimi bəyanatları və ardınca "Hizbullah”ın buna uyğun bəyanat səsləndirməsi bir daha göstərdi ki, İranla İsrail mehriban düşmənlərdir. O baxımdan ABŞ və İsrailin İranla müharibəsini mümkünsüz hesab edirəm. İranla İsrail uzunmüddətli müharibə etsə, bu, islam dünyasının Türkiyə ətrafında vəhdət halına gəlməsinə gətirib çıxaracaq. Bu isə xristian dünyası və yəhudi icması üçün arzuolunmaz ssenaridir. İran İsrailə, İsrail də İrana bir dövlət kimi lazımdır.
Fələstin məsələsini tez-tez gündəmə daşımaq, islam dünyasında məzhəb manipulyasiyası etmək üçün tərəflər biri-birindən istifadə edir. ABŞ İranı vurmaq istəsə, müharibə ilə vurmayacaq, daxildən vuracaq. Onsuz da İranda rejimə qarşı xalq çox narazıdır. Bu narazılıq hər an böyük üsyana çevrilə bilər. İran barıtın üstündə oturub, amma bu barıt xaricdən deyil, daxildən partladıla bilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial