“Türkiyə ədəbiyyatında yeni hekayəçilik” kitabı çapdan çıxıb
07:04 03.04.2019
Arxiv
545
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sədaqət Qasımlının "Türkiyə ədəbiyyatında yeni hekayəçilik” kitabı çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda Türkiyə ədəbiyyatında yeni hekayəçiliyin inkişaf mərhələlərindən və bu inkişafa böyük xidmətlər göstərən türk ədəbiyyatının görkəmli hekayəçilərinin həyat və yaradıcılığından söhbət açılır.
Nəşrdə yeni hekayəçiliyin təşəkkülü dövrü araşdırılır və Aziz Efendi yaradıcılığı nəzərdən keçirilir. Tənzimat ədəbiyyatına aid bölümdə Ahmet Mithat, Nabizade Nazım, Samipaşazade Sezai kimi ədiblərin yaradıcılığı izlənilir. Sərvəti-fünun ədəbiyyatından Halil Ziya Uşaklıgilin, milli ədəbiyyat dövründən Ömer Seyfettin və Rafik Halit Karayın hekayə yaradıcılığına nəzər salınır.
Cümhuriyyət dövründə yeni hekayəçiliyin inkişaf yolları əsərdə geniş təhlil edilir. Burada Mamduh Şevket Esendal, Sabahattin Ali, Ahmed Hamdi Tanpinar, Orxan Kamal, Əziz Nesin, Haldun Taner və başqalarının yaradıcılığı araşdırılır. 50-ci illərdən sonrakı hekayənin yeni ənənələrindən 6-cı bölümdə bəhs edilir. Burada yeni türk hekayəçiliyində kənd mövzusuna, Samim Kocagöz, Yaşar Kemal, Fakir Baykurtun yaradıcılığına, Bekir Yıldızın realist hekayələrinə diqqət edilir.
Kitabda sosial-psixoloji üslubda yazan hekayəçilərdən Sabahattin Kudret Aksal, Necati Cumalı, Zeyyat Selimoğlu və başqalarının əsərlərindən bəhs edilir.
"Bunalım ədəbiyyatı” bölümündə Vüsat Bener, Tahsin Yücel, Demir Özlü, Demirtaş Ceyhun və başqa hekayəçilərin II Dünya müharibəsinin törtədiyi acı nəticələrin və sənayeləşmənin təzyiqi ilə əlaqədar olan əsərləri təhlil olunur.
Sonuncu bölümdə 50-ci illərdən sonrakı yeni türk hekayəçiliyindəki qadın yazarların əsərləri araşdırılır. Burada Nezihe Meriç, Leyla Erbil, Sevgi Soysal, Afet İlqaz, Cevim Burak və başqa ədiblərin hekayə yaradıcılığı əhatə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi