Türkiyə İraq Kürdüstanındakı referendumu qeyri-qanuni adlandırdı
20:27 22.09.2017
Arxiv
582
Türkiyə Təhlükəsizlik Şurası İraq Kürdüstanında keçiriləcək referendumu qeyri-qanuni və qəbuledilməz adlandırıb.
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Təhlükəsizlik Şurasının iclasının yekununa dair bəyanatda bildirilir.
"Referendum baş tutduğu halda, Türkiyə beynəlxalq hüququ müdafiə edəcək. İraqın xalqları - ərəblər, kürdlər, türkmənlər yalnız vahid ölkə çərçivəsində sülhdə yaşaya bilərlər. Referendumun nəticələri olduqca mənfi fəsadlar verə bilər”, sənəddə vurğulanıb.
Bəyanatda həmçinin bildirilib ki, rəsmi Ankara İraq Kürdüstanı ilə İraqın mərkəzi hökuməti arasında bütün mübahisəli məsələləri konstitusiya əsasında həll etmək üçün səy göstərməyə hazırdır.
Qeyd edək ki, İraq Kürdüstanı Yerli İdarəçiliyinin rəhbəri Məsud Bərzani sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik referendumunun keçirilməsi barədə qərar qəbul edib. İraq hökuməti və parlamenti referendumun qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M.Bərzani ilə görüşərək alternativ təklif irəli sürərək referendumu təxirə salmağa çağırıblar. İraq Kürdüstanının ali seçki qurumu isə Qərbin müstəqillik referendumunun təxirə salınması təklifini rədd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya