Türkiyə qurtulmaq üçün sərhədləri bağlamalıdır
20:36 14.12.2016
Arxiv
1075
Əks təqdirdə, yenə terrorçular ölkəyə sızacaq
Dekabrın 12-13-də keçirilmiş xüsusi əməliyyat nəticəsində, Türkiyə polisi PKK ilə əməkdaşlıqda şübhəli bilinən 568 nəfəri saxlayıb. Əməliyyatlar Ankara, İstanbul, Qaziantep, İzmir, Adana, Antalya, Diyarbəkir də daxil olmaqla Türkiyənin 28 şəhər və əyalətində keçirilib. Eyni zamanda Xalqların Demokratik Partiyasından (HDP) sözügedən terrora dəstək verən millət vəkilləri də həbs olunub.
Maraqlıdır, Türkiyə kütləvi həbslərlə terrorun qarşısını ala biləcək, yoxsa alternativ mübarizə yollarından istifadə etməlidir. Politoloq Qabil Hüseynlinin sözlərinə görə, bu və ya digər formada terrorun iştirakçısı olan hər kəs mütləq həbs olunmalıdır:
"Həbs profilaktikanın ilkin formalarından biridir. Amma terrora qarşı mübarizədə Türkiyənin atmalı olduğu əsas addım sərhədləri nəzarətdə saxlamaqdır. Sərhəd bağlanmasa, kütləvi həbslər artdıqca, terrorçular yenə də ölkə daxilinə sızacaqlar”. Q.Hüseynlinin sözlərinə görə, terrorun qarşısını almaq üçün daxili kəşfiyyat orqanları ciddi rejimdə işləməli, əhali isə ayıq-sayıqlığını artırmalıdır. Şübhəli şəxslə rastlaşan hər kəs polisi məlumatlandırmalıdır ki, çox gec olmadan terror aktlarına qarşı qabaqcıl addımlar atılsın: "Amma çox təəssüflər olsun ki, son illərdə Türkiyə kəşfiyyatının işi müəyyən qədər zəifləyib deyə terrorçuların zərərsizləşdirilməsi çətinləşib. Hesab edirəm ki, qardaş ölkənin hüquq-mühafizə orqanları terrorçulara qarşı amansız olmalıdır. Terror törədənlər və onların arxasında duranlar aşkarlanmalı və onlara sərt cəza tədbirləri görülməlidir”. HDP-li millət vəkillərinin həbs edilməsinin tamamilə qanunauyğun olduğunu vurğulayan politoloq ümumilikdə partiyanın tamamilə bağlanmasını daha məqsədəuyğun hesab edir. Ölkədə separatizmi və türklərə qarşı nifrət ideologiyasını açıq-aydın müdafiə edən bir partiyanın fəaliyyət göstərməsi kifayət qədər təhlükəli tendensiyadır. Odur ki, PKK-ya Türkiyədə yardım edənlərə və onları istiqamətləndirənlərə qarşı ciddi mübarizə aparmaq lazımdır. İndiki halda PKK terrorçularına qarşı mübarizəni qənaətbəxş hesab etmirəm”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə
Yaponiya ölkəyə nüvə silahı gətirir
10:57 08.10.2026
Dünya
Dodon: Moldova müharibəyə yaxınlaşır
10:43 08.10.2026
Dünya
Maduronun həyat yoldaşı həbsdən azad edilməsini istəyir
10:43 08.10.2026
Dünya
İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə gəlib
10:27 08.10.2026
Gündəm