Türkiyə-Rusiya anlaşdı, amma Hələbdə yenə qan axır
20:31 14.12.2016
Arxiv
776
Ərdoğan deyib ki, Əsəd rejimi Suriyada insanlıq cinayəti törədir
Suriyanın Hələb şəhərində son 5 ildir davam edən qanlı savaşlar Türkiyə-Rusiya razılığı sayəsində atəşkəslə nəticələnib. İranlı milislər hər cür maneə törətsələr də, kövrək atəşkəsi təmin etmək mümkün olub. Lakin Hələbdə atəşkəsin əldə olunmasına baxmayaraq, rejim gücləri və iranlı döyüşçülər günahsız sivilləri güllələyir, çarəsiz əhaliyə qarşı qeyri-insani rəftar göstərirlər. Təcavüzdən qaçan müsəlman qadınları isə son çarə kimi intihara əl atırlar. BMT-nin Baş katibi Pan Gi Mun Suriya və onun müttəfiqləri - Rusiya və İranın silahlı qüvvələrini Hələbdən qaçan mülki vətəndaşlar üçün təhlükəsiz dəhlizlərin təmin edilməsinə çağırıb.
Pan Gi Mun deyib ki, intensiv döyüşlər nəticəsində silahlı müxalifətin əlində şəhərin şərq hissəsinin cəmi beş faiz ərazisi qalıb. Xatırladaq ki, Rusiyanın havadan bombalaması nəticəsində Hələb Bəşər Əsəd rejiminin nəzarəti altına keçib. Həmin əməliyyatlar zamanı çoxlu sayda mülki sakin öldürülüb. Bundan başqa, terrorçu İŞİD qruplaşması Suriyanın Palmira şəhərini yenidən işğal edib. Fransa və başqa Qərb dövlətləri qədim şəhərin yenidən terrorçuların əlinə keçməsinə görə, Rusiyanı qınayıblar. Bu şəhər 7 ay əvvəl Rusiyanın dəstəyi ilə İŞİD-dən təmizlənib.
"Hələbdəki qətliama səssiz qalmayacağıq”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hələb şəhərində Əsəd və onun müttəfiqləri tərəfindən mülki əhaliyə qarşı törədilən qətliamlardan danışıb. Prezident rəsmi Ankaranın hələlik təmkinlə davrandığını deyib: "İntensiv müzakirə prosesinin ardından atəşkəsə nail olmuşuq. Ancaq rejim yenidən raketlər atmağa başlayıb. Bu məsələ ilə bağlı Putinlə telefon danışığımız olacaq. Biz Hələbdən olan qardaşlarımıza yardım üçün bütün tədbirləri görmüşük, amma dəhliz lazımdır. Bəşəriyyət Hələbdə baş verənlərə səssizdir. Bu atəşkəs Hələb üçün son ümiddir. Humanitar dəhliz dərhal açılmalıdır. Əsəd rejimi Suriyada insanlıq cinayəti törədir. Bunu hər kəsin görməsi lazımdır. Bu rejimin cinayətləri qarşısında səssiz qala bilmərik”.
"Rejim və bəzi qruplar Hələbdə atəşkəsə mane olurlar”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Hələbdən dinc sakinlərin tam təxliyəsində gecikmələr var. Onun sözlərinə görə, Türkiyənin Fövqəladə Hallar İdarəsi və Qızıl Ay Cəmiyyəti Hələbdən çıxarılacaq suriyalı qaçqınları qəbul etməyə hazırdır: "Rusiya xarici işlər naziri Sergey Lavrovla yaranmış vəziyyətlə bağlı müzakirələr aparırıq”.
Obama Hələblə bağlı göstəriş verdi
ABŞ Prezidenti Barak Obama Hələbdəki insanların təhlükəsiz şəkildə təxliyə edilməsi üçün müttəfiqlərlə birgə vacib addımların atılması üçün təlimat verib. Ağ Evdən verilən bəyanatda Obamanın İŞİD-i zəiflədib məğlubiyyətə uğratmaq üçün Beynəlxalq Təhlükəsizlik Şurasının iclasını keçirdiyi bildirilib. İclasda Hələbdəki vəziyyət qiymətləndirilib. Obama Əsədin Rusiya və İranın dəstəyini alaraq Hələbdə insanlıq faciəsini gerçəkləşdirməsi haqda məlumatlandırılıb.
"Suriyada müharibə davam edir və hələlik bu savaşın sonu görünmür”
Razılaşma ilə bağlı "Şərq”ə danışan Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, Suriya böhranı Rusiya-Türkiyə anlaşmasından sonra da davam edəcək. Çünki ölkədə hökmranlıq edən radikal qruplar, terrorçu təşkilatlar iki ölkə arasında əldə olunmuş razılaşmaya məhəl qoymurlar:
"Suriyadakı terrorçu qüvvələrin məqsədi ölkəni xaos vəziyyətində saxlamaq, dincəhaliyə divan tutmaqdır. Təbii ki, razılaşma öz-özlüyündə müsbət addımdır. Amma bundan sonra daha ciddi və konkret addımlar atmaq lazımdır. Hələb şəhərinin təhlükəsizliyi tam təmin olunmalı, sivil camaatın öz yurdunda rahat yaşaması üçün lazımi şərait yaradılmalı və humanitar yardım artırılmalıdır. Eyni zamanda bütün radikal ünsürlər şəhərdən çıxarılmalıdır. Sözün açığı, sadaladığım məsələlərin tezliklə həllini tapacağına inanmıram. Suriyada müharibə davam edir və hələlik bu savaşın sonu görünmür. Regionda müxtəlif qüvvələrin maraqları toqquşur. Çox güman ki, Suriyanın böyük əksəriyyətində stabillik yaranmayana qədər böhran davam edəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə
Yaponiya ölkəyə nüvə silahı gətirir
10:57 08.10.2026
Dünya
Dodon: Moldova müharibəyə yaxınlaşır
10:43 08.10.2026
Dünya
Maduronun həyat yoldaşı həbsdən azad edilməsini istəyir
10:43 08.10.2026
Dünya
İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə gəlib
10:27 08.10.2026
Gündəm