Türkiyə səfirliyinin müşaviri "Şərq"in qonağı olub - FOTO

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin müşavari Hamid Karadeniz
"Şərq" qəzetinin qonağı olub. 
Sherg.az xəbər verir ki, redaksiya heyəti ilə tanışlıqdan sonra səfirlik nümayəndəsi 15 iyul hadisələrində qardaş ölkənin milli dövlətçilik maraqlarını qoruduğu üçün qəzetin baş redaktoru Akif Aşırlıya plaket təqdim edib. 
Təltif zamanı H. Karadenizə minnətdarlığını bildirən A. Aşırlı Türiyəyə olan sevgisinin əbədi olduğunu bildirib:
"Bizim Türkiyəyə olan sevgimiz milli sevgidir"
H. Karadeniz isə öz növbəsində Azərbaycanı ata məmləkəti adlandırıb:
"Azərbaycan və Türkiyə bir ananın iki övladı kimidir".
Bundan başqa FETÖ-nün terror təşkilatları ilə iş birliyinə diqqət çəkən H.Karadeniz vurğulayıb ki, onlar Mossad və erməni terror qruplaşması olan ASALA ilə iş birliyinə gedəcək qədər xaindirlər: 
" Hətta PKK ilə iş birlikləri təsbit olunub".
Ayyət Əhməd